AXCP-nin mərhum üzvünün anım mərasiminə icazə verilməyib

AXCP-nin mərhum üzvünün anım mərasiminə icazə verilməyib
Загрузка...
Mərhumun valideyni: ''Neftçala rayon polisi xəbərdarlıq edib''Neftçala rayonunda polis AXCP fəalı, mərhum Elnur Fərəcovun anım gününü keçirməyi qadağan edib. "Turan” agentliyinin məlumatına görə, iyulun 30-da valideynləri E.Fərəcovun doğum günü ilə əlaqədar anım mərasimi keçirmək istəyiblər. Lakin onun atası Hüseyn Fərəcov iyulun 29-da rayon polis şöbəsinə çağırılıb və ona anım gününün keçirilməsinin yolverilməzliyi barədə xəbərdarlıq edilib.
Polisdə deyiblər ki, yalnız ailə üzvləri məhrumun məzarını ziyarət edə bilər. Polisdə qadağanı tədbirin "siyasi xarakter” ala bilməsi ilə əlaqələndiriblər. Neftçala polisindən və DİN-dən şərh almaq mümkün olmayıb.
E.Fərəcov 2016-cı ilin dekabrında narkotik maddənin qanunsuz dövriyyəsi ittihamı ilə 3 il azadlıqdan məhrum edilmişdi. Hüquq müdafiəçiləri onu siyasi məhbus kimi tanımışdılar. Həbsdə ikən onda onkoloji xəstəlik əmələ gəlib. Ağır xəstə olan E.Fərəcov 2018-ci ilin mayında əfv edilib, avqustun 9-da isə vəfat edib.
Загрузка...
Загрузка...

Xəbər lenti