AXCP-nin daha iki fəalının saxlanıldığı bildirilir AXCP-nin daha iki fəalının saxlanıldığı bildirilir

AXCP-nin daha iki fəalının saxlanıldığı bildirilir
Загрузка...
Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) daha iki fəalı saxlanılıb. Bu barədə AXCP Rəyasət Heyətinin üzvü İlham Hüseyn Amerikanın Səsinə bildirib. Onun sözlərinə görə, AXCP üzvü Elnur Cabbarlı fevralın 3-də Abşeron Rayon Polis İdarəsi, Amil Məmmədzadə isə fevralın 4-də Suraxanı Rayon Polis İdarəsi tərəfindən saxlanılıb.
"Fəalların siyasi fəaliyyətlərinə və sosial şəbəkələrdəki tənqidi statuslarına görə saxlanıldığını ehtimal edirik. Yanvarın 19-da keçirilən icazəli mitinqdən sonra 100-dən çox partiya fəalı polis şöbələrinə çağrılaraq xəbərdarlıq edilib. Bir neçə fəal isə inzibati qaydada cərimə olunub”.
Rəsmi qurumlar siyasi fəalların saxlanılması ilə bağlı hələ açıqlama verməyib. 2019-cu il yanvarın 19-da Milli Şuraya daxil olan siyasi partiyalar və ictimai qurumlar mitinq keçirib. Mitinqə hazırlıq ərəfəsində və mitinqdən sonra 50-dək fəal saxlanılıb. Onlardan 30-dan çoxu inzibati həbsə məhkum edilib, bir çoxlarına pul cərimələri kəsilib.
Загрузка...
Загрузка...

Xəbər lenti