AXCP-nin daha bir fəalı həbs cəzası alıb a

AXCP-nin daha bir fəalı həbs cəzası alıb a
Загрузка...
"Bütün bunlar göstərir ki, partiyaya, Əli Kərimliyə qarşı növbəti təxribat hazırlanır”
Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) daha bir fəalı həbs olunub. Bu barədə AXCP-nin mətbuat xidmətindən Meydan TV-yə verilən məlumatda bildirilir ki, partiyanın Təşkilat Şöbəsinin təlimatçısı Ramid Nağıyevə 30 sutka həbs cəzası verilib.
"Ramid Nağıyev mayın 6-da günorta saatlarında evdən çıxmışdı. Bir sutka ərzində nə ailə üzvləri, nə də partiya onun yeri barədə heç bir məlumat ala bilmədi. Yaxınları yerini öyrənmək üçün Daxili İşlər Nazirliyinin "102” xidmətinə də müraciət etmişdi, amma nəticəsi olmamışdı. Mayın 7-də səhər məlum oldu ki, Binəqədidə inzibati qaydada həbs olunanların saxlandığı təcridxanadadır. Ona 30 sutka həbs verilib”, - deyə partiyadan bildirilib.
Son bir ay ərzində AXCP-nin 15-ə yaxın fəalı həbs olunub. Onların arasında partiya sədri Əli Kərimlinin köməkçisi Faiq Əmirli, ictimai əsaslarla mühafizəçiləri Niyaməddin Əhmədov, Ruslan Əmirli, gənc fəallar Nicat Abdullazadə, Baba Süleymanlı və başqaları var. N.Əhmədovun təxminən on gün əvvəl Binəqədi təcridxanasından çıxarılıb, DTX-ya aparılması, ondan işgəncə altında Ə.Kərimli əleyhinə ifadə almaq cəhdləri, geri qaytarılandan sonra isə kamerada tək saxlanması barədə məlumat yayılmışdı.
AXCP-dən bildirilib ki, N.Əhmədov yenidən DTX-nın təcridxanasına aparılıb və 4 gündür ki, orada saxlanılır. Vəkili də onunla görüşə bilməyib. "Niyaməddin Əhmədov DTX-da saxlanılır. Niyə? Bəs deyirdilər Niyaməddin Əhmədov karantin rejimini pozduğuna görə saxlanılıb. Hərçənd, o, saxlanılarkən də SMS-icazəsi olmuşdu. Bütün bunlar göstərir ki, partiyaya, Əli Kərimliyə qarşı növbəti təxribat hazırlanır”, - AXCP sədrinin müavini Seymur Həzi bildirib.
DTX N.Əhmədovun köçürülməsi barədə yayılan məlumatlara aydınlıq gətirməyib. Daxili İşlər Nazirliyi isə AXCP fəallarının siyasi motivlə həbs olunması barədə iddiaları təkzib edib. Nazirlik bəyan edib ki, həbs olunanlar konkret qanun pozuntusuna görə cəzalandırılıblar.

Xəbər lenti