AXCP fəalları Məhəmməd Əmin Rəsulzadənin abidəsi önündə aksiya keçiriblər

AXCP fəalları Məhəmməd Əmin Rəsulzadənin abidəsi önündə aksiya keçiriblər
Загрузка...
 Bu gün AXCP fəalları Novxanı qəsəbəsində AXC-nin qurucusu Məhəmməd Əmin Rəsulzadənin 136 illiyinə həsr olunmuş aksiya keçiriblər. Rəsulzadənin abidəsi önündə keçirilən mitinqdə çıxış edən AXCP sədri Əli Kərimli ölkədə dövlət institutlarının qurulmasında və formalaşmasında AXC qurucusunun xidmətlərindən danışıb.
"Azərbaycan Xalq Cümhuriyyəti mövcud olduğu iki ildə (1918-1920-ci illər ) dövləti sağlam təməl üzərində quruldu. Elə dövlət institutları formalaşdırıldı ki, bu institutlar bu gün də, gələcəkdə də nümunə olacaq xalq hakimiyyəti, demokratiya modelidir”, - Ə.Kərimli qeyd edib.
Əli Kərimli bildirib ki, Rəsuzladə təkcə keçmiş deyil, o həm də ölkənin gedəcəyi gələcəkdir. "O həm də bizi sülalə hakimiyyətindən cümhuriyyətə, respublikaçılığa qaytaracaq bir simvoldur. O deyir ki, cümhuriyyət quran insan tiranlığa dözə bilməz. Biz tezliklə cümhuriyyətimizi quracaq, Rəsulzadə yoluna dönəcəyik”, - AXCP sədri vurğulayıb.

Xəbər lenti