AXCP fəalının saxlanıldığı bildirilir

AXCP fəalının saxlanıldığı bildirilir
Загрузка...
 "Arzuman Qurbanovun Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə aparıldığı bildirilsə də, qurumdan təkzib olunur”
Noyabrın 8-də Sınıq Körpüdə saxlanılan Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) Ağstafa rayon şöbəsinin fəalı Arzuman Qurbanov DİN-in Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə Baş İdarəsinə gətirilib. Bu barədə Meydan TV-yə AXCP Qazax Rayon Təşkilatının fəalı Fəzail Əliyev məlumat verib.
Fəzail Əliyevin sözlərinə görə, Arzuman Qurbanov fəallığına görə saxlanılıb: "Məsələ ondadır ki, Arzuman bəy yalnız rayonda deyil, sosial şəbəkədə fəaldır, hakimiyyəti tənqid edən yazıları ilə seçilir. Həm də son etiraz aksiyalarında da fəallıq göstərib. Yəqin elə buna görə saxlayıblar”.
Arzuman Qurbanovun həyat yoldaşı Səltənət Sadıxova dünən 102 ilə əlaqə saxlayıb. S.Sadıxovanın Meydan TV-yə dediyinə görə, Qazax Rayon Polis İdarəsindən ona deyiblər ki, yoldaşını Bakıya DİN-in Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə Baş İdarəsinə aparıblar: "102-dən mənimlə danışan polis zabiti dedi ki, Arzuman Qurbanov keçmiş polis işçisi olub, ona görə onunla çox normal davranılıb və DİN-in Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə Baş İdarəsinə aparılıb. Ancaq bu gün səhərdən DİN-in Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə Baş İdarəsinin qarşısında gözləyirik, bizə dedilər ki, burda belə bir adam yoxdur. Hazırda çıxılmaz durumdayıq, bilmirik kimə müraciət edək. Mən yenə saat 6-da bura gələcəm”.
Загрузка...
Загрузка...

Xəbər lenti