AXCP fəalı sosial şəbəkələrdə statusa görə cərimə edib

AXCP fəalı sosial şəbəkələrdə statusa görə cərimə edib
Загрузка...
İyunun 11-də Bakının Nəsimi rayon məhkəməsi Xalq Cəbhəsi Partiyasının (AXCP) fəalı Bəşir Tarıverdiyevi 100 manat cərimə edib. O, İnzibati Xәtalar Mәcәllәsinin 510-cu maddәsilә (xırda xuliqanlıq) tәqsirli bilinib.
Polisin iddiasına görə, o, guya küçədə söyüş söyüb. Tarıverdiyevin Turan agentliyinə verdiyi məlumata görə, onu iyunun 10-da günorta Binəqədi rayonunda işdən çıxarkən mülki geyimli şəxslər saxlayıb. Onu Binəqədi rayon polis idarəsinə gətiriblər, burada qanunu pozduğu haqqında protokol tərtib ediblər. Axşam saatlarında iyunun 11-də səhər saat 9-da Nəsimi rayon məhkəməsinə gəlməsi ilə bağlı iltizam götürərək, onu buraxıblar.
Fəal hesab edir ki, cəzalandırılmasına sosial şəbəkələrdə İlham Əliyevin ünvanına tənqidi şərhləri səbəb olub.
Загрузка...
Загрузка...

Xəbər lenti