AXCP fəalı sərbəst buraxılıb

AXCP fəalı sərbəst buraxılıb
Загрузка...
Arzuman Qurbanov 1 saat əvvəl sərbəst buraxılıb və ona Cinayət Məcəlləsinin 220-ci maddəsi (kütləvi iğtişaş) ilə saxladıqlarını bildiriblər. Bu barədə Meydan TV-yə Arzuman Qurbanov özü məlumat verib.
Arzuman Qurbanov bildirib ki, saxlanılarkən onunla sərt danışılsa da, əli qandallansa da, fiziki təzyiq olmayıb: "Mənə dedilər ki, sən adamları mitinqə çağırmısan, bu isə kütləvi iğtişaşa çağırışdır. Cavab verdim ki, 19 oktyabr aksiyasının icazəsiz olduğunu bilmirdim və izahat yazdım. Ondan sonra söylədilər ki, sosial şəbəkələrdə hakimiyyətə qarşı sərt ifadələr yazırsan, dayandırmalısan, bildirdim ki, mən bəyənmədiyim siyasətdən yazıram, polis olanda da haqsızlığa qarşı çıxmışam. Onlar mənim keçmiş polis zabiti olduğumu bilirdilər, bəlkə ona görə əl qaldırmadılar. Mən keçmiş polis zabiti olmuşam, 1991-ci ildə Ermənistanın Azərbaycana qarşı başladığı müharibəyə görə Belarusdan vətənə qayıtdım və 1993-cü ilə qədər Kəlbəcərdə polis kimi döyüşdüm. Bir il sonra atəşkəs sazişi imzalandı, ardınca təqaüdə çıxdım”.
Arzuman Qurbanov ölkədən çıxışına qadağa qoyulduğunu bildirib: "Mənə dedilər ki, mitinqə çağırış etdiyin üçün ölkədən çıxışına qadağa qoyulub. Telefon nömrələrimi götürdülər, bazar ertəsi araşdıracaqlarını və ləğv edəcəklərinə vəd etdilər”.
Загрузка...
Загрузка...

Xəbər lenti