AXCP fəalı məhkəmə binasının qarşısında saxlanılıb

AXCP fəalı məhkəmə binasının qarşısında saxlanılıb
Загрузка...
 "Həbs, qarşıdan gələn mitinqlə bağlıdır”
Bakı Apelyasiya Məhkəməsinin binasının qarşısında AXCP fəalı Emin Manıyev saxlanılıb. "Turan” İnformasiya Agentliyinin məlumatına əsasən, hadisə oktyabrın 29-u saat 11:30 radələrində baş verib. Emin Manıyevi mülki geyimli şəxslər saxlayıblar. "Facebook” sosial şəbəkəsində Emin Manıyevin saxlanılmasını əks etdirən video da paylaşılıb.
Demokratik Qüvvələrin Milli Şurası noyabrın 2-də mitinq keçirmək barədə qərar qəbul edib. Mitinq üçün Bakı Şəhər İcra Hakimiyyətinə iki yer – metronun "28 may” stansiyasının qarşısı və "Məhsul” stadionu təklif edilib.
AXCP hesab edir ki, fəalın həbsi sifarişlidir və mitinqlə bağlıdır. Rəsmi qurumlar E.Manıyevin saxlanması ilə bağlı hələ məlumat yaymayıblar.
Загрузка...
Загрузка...

Xəbər lenti