AXCP: Əli Kərimlinin “Whatsapp” və “Telegram” hesabları ələ keçirilib

22 Aprel 2020, 15:53
22 Aprel
2020
15:53
562
"Baş verənlər dövlət səviyyəsində kiber cinayətkarlıqdır”
AXCP sədri Əli Kərimlinin "Whatsapp” və "Telegram” hesablarının hakimiyyətin hakerləri tərəfindən ələ keçirildiyi bildirilir.
Partiyanın bununla bağlı yaydığı bəyanatda deyilir ki, bundan ötrü "Azercell” mobil operatorunun "xidmət”indən yararlanıblar.
"Sözügedən mobil operator Əli Kərimliyə məxsus hesablara giriş kodlarını hakerlərə göndərib. Mesajlar tələb olunmadığı halda Əli Kərimliyə də göndərilib. Əli Kərimli bu kodları tələb edə bilməzdi çünki hesablara girmək üçün internet imkanı yox idi”.
Bəyanatda daha sonra deyilir ki, hakimyyət orqanları davamlı olaraq AXCP üzvlərinin "Facebook” hesablarına hücumlar təşkil edirlər.
"Hakimiyyət hakerləri bir neçə cəbhə üzvünün hesabına eyni hücumları edib və bəzi hesabları ələ keçiriblər. Azərbaycan Xalq Cəbhəsi Partiyası bəyan edir ki, bütün bu qanunsuz əməllərin məsuliyyəti siyasi hakimiyyətin üzərinə düşür. Bəyan edirik ki, baş verənlər dövlət səviyyəsində kiber cinayətkarlıqdır”.
"Turan” İnformasiya Agentliyinin məlumatına görə isə, "Azad Söz” internet kanalı ilə əməkdaşlıq edən reportyor Teymur Kərimov Əli Kərimlidən müsahibə götürdükdən sonra döyülüb.
"Aprelin 20-də, gündüz o, həmkarı ilə birlikdə Əli Kərimlinin evində siyasətçi ilə müsahibəni videoya çəkib. 15:30-da binadan çıxarkən 99 MA 741 dövlət nömrə nişanlı qara avtomobil onların arxasınca düşüb”.
Məlumata görə, reportyorlar müxalifətçi Tofiq Yaqublunun işi üzrə prosesin keçirildiyi Apellyasiya Məhkəməsinə yola düşüblər.
"İçərisində bir neçə nəfər olan avtomobil də buraya gəlib. Jurnalistlər maşının içərisindəki şəxslərin onların şəklini çəkdiyini görüblər. Bunu məhkəmə binası qarşısında olan digər jurnalistlər də görüblər”.
Teymur Kərimov danışıb ki, məhkəmədən qayıtdıqdan sonra 9-cu mədəndən (Sabunçü rayonu) bir qadın ona zəng edərək, ağır vəziyyətləri barədə reportaj hazırlamağını xahiş edib.
"Mən oraya gəldikdə isə iki maşınla 4 nəfər gəldi və orada çəkiliş aparmamağı tələb etdilər. Mətbuat işçisi olduğumu bildirdim. Amma onlar çıxıb getməyi əmr etdilər, imtina etdikdə isə məni döyməyə başladılar və kameramı və noutbukumu əlimdən aldılar. Onlar kameranı sındırıb içərisində Əli Kərimli ilə müsahibə olan kartı götürdülər. Bu insanların kim olduğunu dəqiq bilmirəm, amma mənə hücum faktı ilə bağlı bu gün məhkəməyə şikayət verəcəyəm”, - Teymur Kərimov bildirib.
"Azad Söz” internet resursu bir neçə il əvvəl Avropada siyasi sığınacaq almış siyasi mühacir Tural Sadıqlı tərəfindən təsis edilib.
Xəbər lenti
-
17:21DTX rəisini 200 min dollar rüşvətdə ittiham edən sabiq bələdiyyə sədri ''Bandotdel''ə çağırılıb
-
10:58Rusiya Müdafiə Nazirliyi 50 min erməni qaçqının Qarabağa qayıtdığını açıqlayıb
-
10:56Daha bir tərxis olunan əsgər faciəvi şəkildə öldü
-
18:39Ağdamın Xıdırlı kəndindən görüntülər
-
18:38"Dağlıq Qarabağın statusu məsələsi gələcəyə saxlanılıb"
-
18:35Bakıda süpürgəçi qadını avtomobil vurub
-
18:33Müdafiə Nazirliyi həlak olan və itkin düşənlərin yeni siyahısını yaydı
-
18:29Oqtay Gülalıyevin xanımı həkimlərlə bağlı Baş prokurora müraciət etdi
-
18:27Navalnıya 30 sutka həbs cəzası verildi
-
17:29"Məni heç bir iş üzrə, heç bir yerdə də sorğulamayıblar" - Əli Həsənov həbs xəbəri haqda
-
15:36''Prezident deyir şəhidlərin qarşısında baş əyirəm. Bəs Xəzər Aslanov kimdir?'' - Plakatı sökülən şəhidin atası
-
15:02Azərbaycan tezliklə JF-17 qırıcılarını alacaq, Hərbi Hava Qüvvələrini xeyli gücləndirəcək - 21 BELƏ QIRICI-BOMBARDMANÇI ALMAQ PLANLAŞDIRILIR...
-
13:48Oqtay Şirəliyev, Ramin Bayramlı və Zaur Əliyev peyvənd olundular
-
11:44Övladı xərçəng olan jurnalist Mehriban Əliyevadan kömək istədi - ''Nuray ölümlə üz-üzədir...''
-
11:20Rusiyaya qayıdan Aleksey Navalnı hava limanında saxlanılıb
-
11:192 gün əvvəl tərxis olunan könüllü əsgər vəfat etdi
-
11:18Cəlilabadda “Niva” aşdı - 2 ölü, 1 yaralı
-
11:17İcra başçısı müavinini vəzifədən azad etdi
-
11:15Sumqayıtda ər arvadını oteldə boğaraq öldürdü
-
01:27Həbsdəki jurnalist nazirin öz anasına qanunsuz pensiya təyin etdirməsini yazdı
-
22:51"Biz ora gedib, onlarla birlikdə yaşaya bilərikmi?
-
22:42İlham Əliyev: Açıq deməliyəm ki, ermənilər büstləri Heydər Əliyevə pulla satdılar
-
22:37“Doğma, sevimli, əvəzolunmaz Şuşa...” - Mehriban Əliyeva
-
22:35Prezident “Şuşi” adını görüb əsəbiləşdi
-
22:20Prezidentlə ailəsinin səfərdən görüntülər
-
12:17Prezident Şuşaya getdi
-
16:16Vüqar Səfərli ilə birgə həbs edilən kimdir?
-
15:32Vüqar Səfərli həbs edildi
-
15:0613 -cü ”zon”da müəammalı məhbus ölümü - İŞGƏNCƏ İDDİALARINI PENİTENSİAR XİDMƏT TƏKZİB EDİR
-
14:59Şuşada yol qəzası - 1 hərbçi öldü, 2-si yaralandı
-
14:57Dünən şəhid olan hərbçimiz dəfn edildi
-
14:56Xocalı yol idarəsinin əməkdaşı minaya düşdü
-
14:53Həbs edilən daha bir icra başçısının oğluna yeni vəzifə verildi
-
14:35Əli Kərimli: Azərbaycan xalqı mənim biznesimin olmadığını bilir
-
14:31Mübariz Mənsimov: Mənə heç kəs FETÖ damğası vura bilməz
-
14:29AXCP üzvünün ərizəsi təmin olunmayıb
-
23:28Əli Həsənov ailəsinə məxsus 6 şirkət ləğv olunmasını təsdiqlədi
-
12:17İlham Əliyev, Putin və Paşinyan bəyanat imzaladı - Tam mətn
-
12:14Vilyam Hacıyevin oğluna yeni vəzifə verildi
-
12:12Qobustandakı zavodda partlayış oldu, fəhlə öldü
18 Yanvar 2021
16 Yanvar 2021
15 Yanvar 2021
14 Yanvar 2021
13 Yanvar 2021
12 Yanvar 2021
Digər xəbərlər
-
Cinayət
Sumqayıtda ər arvadını oteldə boğaraq öldürdü
-
Cinayət
Şuşada yol qəzası - 1 hərbçi öldü, 2-si yaralandı
-
Manşet, Cinayət
Eldar Həsənovdan kim qisas alır? - Vəkildən sensasion iddia
-
Cinayət
Hərbi qulluqçunun intiharı ilə bağlı istintaq başlayıb
-
Cinayət
Keçən il küçədə döymüşdü, bu dəfə bıçaqladı
-
Foto, Cinayət
“Mandarin LTD”nin pulu oğurladılar, özünü də şantaj edirlər
-
Manşet, Foto, Cinayət
Zeynəb Xanlarovanın bacısı oğlu axtarılır
-
Foto, Cinayət
“Topçu Vüsal”ın adıyla pul qazanmaq istəyənin kimliyi bəlli oldu
-
Cinayət
Baş Prokurorluq: "Seyran Ohanyan barəsində cinayət işinin istintaqı aparılır"