Avtoritetin dəfnində polis rəisinin iştirakı barədə yazmış bloger həbs edildi

Avtoritetin dəfnində polis rəisinin iştirakı barədə yazmış bloger həbs edildi
Загрузка...
Rusiyanın Xabarovsk vilayətinin Amursk şəhərində kriminal avtoritet Yuri Zarubinin izdihamlı dəfnində rayon polis idarəsinin rəisinin iştirakı barədə sosial şəbəkələrdə yazmış və dəfnin videosunu paylaşmış şəxs həbs edilib. Virtualaz.org "MBX Media”ya istinadən xəbər verir ki, bloger Viktor Toroptsev 10 sutka həbs cəzası alıb.
Formal olaraq o, nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrum olunduğu halda avtomobil idarə etdiyinə görə yanvarın 12-də tutulub. V.Toroptsev iddia edir ki, sürücülük vəsiqəsinin etibarsız olması barədə heç bir bildiriş almayıb.
Mənbə əlavə edir ki, həbs qərarından sonra bloger aclıq elan edib. "Məndən əl çəkməsələr və sürücülük vəsiqəmi qaytarmasalar, aclıq aksiyasını müddətsiz davam ettdirəcəyəm”, - Toroptsev bildirib.
Загрузка...
Загрузка...

Xəbər lenti