Avtoqəzaları araşdıran rəisin barəsində ilginc iddialar

Avtoqəzaları araşdıran rəisin barəsində ilginc iddialar
2017-ci ilin bu günlərində BDYPİ-nin İstintaq şöbəsinin keçmiş rəisi, o zaman Şirvan şəhər Polis İdarəsinin Təhqiqat şöbəsinin rəisi vəzifəsində çalışan polis polkovnik-leytenantı Hikmət Kərimov adı gündəmdə idi. Həmin günlərdə Hikmət Kərimovun oğlu Əhəd Kərimov "Porsche Cayenne” markalı, Az 90 HR 440 dövlət nömrə nişanlı avtomobillə qəza törətmiş, 1 nəfər dünyasını dəyişmişdi.
Qəzadan sonra Hikmət Kərimovun oğlu ilə bağlı aparılan istintaq onun suçsuz olduğu qənaətinə gəlmişdi. Bunu Hikmət Kərimovun BDYPİ-nin İstintaq şöbəsinin rəisi vəzifəsində çalışması ilə əlaqələndirənlər də az deyildi.
Bildirilirdi ki, Hikmət Kərimov uzun müddət Respublika Yol Polisində avtoqəzaların araşdırılması şöbəsinin müstəntiqi və rəisi işləyib. İşlədiyi dövrdə adı bir çox qəzaların və ölümlə nəticələnən qəzaların düzgün araşdırılmamasında hallanıb. Çoxsaylı şikayətlərdən sonra Hikmət Kərimov aşağı vəzifəyə keçirilib, onu işdə törətdiyi səhlənkarlığa görə Şirvan Polis İdarəsinin Təhqiqat şöbəsinə rəis göndəriblər. Bir müddət sonra isə Sumqayıt Polis İdarəsinə bölmə rəisi vəzifəsinə gətirilib.
Bildirilir ki, bu işdə ona keçmiş həyat yoldaşı, deputat Fatma Yıldırım dəstək vermək məcburiyyətində qalıb. Belə ki, Hikmət Kərimov Fatma Yıldırıma övladlarına görə ona dəstək verməsini istəyib. Çarəsiz qalan deputat keçmiş həyat yoldaşına istədiyi dəstəyi verib. Hikmət Kərimovun Qarabağ kökənli erməni olması ilə bağlı da iddalar var.
Qeyd olunur ki, onun atası Əhəd Kərimov sovet dönəmində ermənilərlə qohum olandan sonra əvvəlcə Ucar, sonradan isə Bərdə rayonunun 1-ci katibi olub. Hətta Hikmət Kərimovun sovet dağılandan sonra Qarabağ ermənisi kimi qaçqın statusu alaraq Almaniyaya köçdüyü də iddia edilir. Bir müddət Almaniyada qaldıqdan sonra Azərbaycana qayıdan Kərimov polis orqanına işə düzələ bilib. Hikmət Kərimova bu işdə Edik adlı dayısının kömək etdiyi bildirilir.

Xəbər lenti