Avropa Şurası Bakının AİHM-nin qərarlarını yerinə yetirməkdən imtina etməsindən məyus olub

Avropa Şurası Bakının AİHM-nin qərarlarını yerinə yetirməkdən imtina etməsindən məyus olub
Загрузка...
Avropa Şurasının Nazirlər Komitəsi yanvarın 7-də Azərbaycan hakimiyyətini azad seçkilər hüququnu pozmaqda ittiham edən REAL Partiyasının lideri İlqar Məmmədovun şikayətinə cavab olaraq məlumat yayıb. Məlumatda deyilir ki, Bakı AŞ Nazirlər KOmitəsinə məlumat verib ki, Ali Məhkəmənin AİHM-nin Məmmədovun işi üzrə qərarların icrası məsələsinə baxacaq plenumunun tarixi hələlik müəyyən edilməyib.
Rəsmi Bakı AŞ Nazirlər Komitəsinə bu iş üzrə qərarın "mümkün qədər tez" elan ediləcəyini vəd etmişdi. O zamana qədər Məmmədov Cinayət-Prosessual Məcəllənin müddəalarına riayət etməlidir. AŞPA Monitorinq Komitəsinin Azərbaycan üzrə məruzəçiləri Stefan Şennak və Rocer Geyl də Azərbaycan hakimiyyətinin AİHM-nin Məmmədov və digər 7 fəal barəsində qərarlarını tam şəkildə yerinə yetirməməsi ilə bağlı təəssüflərini bildiriblər. Məruzəçilər öz bəyanatlarında xatırladırlar ki, Bakı 2019-cu il dekabrın 31-nə qədər AİHM-nin qərarlarını icra etməli idii.
"Yanvarın 10-na qədər zəruri tədbirlər görülməzsə Məmmədov və həmkarları 9 fevral parlament seçkilərində iştirak edə bilməyəcəklər. Bu, seçkilərə və onların demokratik əsaslarına olan etimadı sarsıdacaq", məruzəçilər belə hesab edirlər. Onlar həmçinin xatırladıblar ki, söz və toplaşmaq azadlığı azad və ədalətli seçkilər üçün zəruri şərtlərdir. Avropa Şurasının da AİHM-nin barəsindəki qərarlarının icrasını tələb etdiyi hüquq müdafiəçisi Rəsul Cəfərov əmindir ki, Azərbaycan hökumətinin mövqeyi onun özünün, İlqar Məmmədovun və Zaur Qurbanlının seçkilərə buraxılmamasının siyasi qərar olduğunu göstərir. Hər üç namizəd "Real Respublikaçılar İttifaqı"nı təmsil edir. İlqar Məmmədov hökumətin Avropa Şurasına cavabı formaldır və hakimiyyət onu seçkilərə buraxmaq istəmir.
Xatırladaq ki, AŞ Nazirlər Komitəsi 2019-cu il sentyabrın 26-da Azərbaycan hakimiyyətini Strasburq Məhkəməsi tərəfindən hüquqlarının pozulduğu etiraf olunmuş "İlqar Məmmədovun qrupu" adı ilə məşhur olan səkkiz fəal barəsində ittiham hökmlərini ləğv etməyə və onların məhkumiyyətini götürməyə çağırıb. Bu fəallar arasında İlqar Məmmədov, Rəsul Cəfərov, Zaur Qurbanlı, Anar Məmmədli, İntiqam Əliyev, Üzeyir Məmmədli, Rəşadət Axundov və Rəşad Həsənov var. Azərbaycan hökuməti dekabrın 31-nə qədər onların hüquqlarını tamamilə bərpa etməli idi. Amma bu, təmin edilməyib və parlamentə namizədliyini irəli sürmək istəyini bildirən İlqar Məmmədov, Rəsul Cəfərov və Zaur Qurbanlı məhkumiyyətləri götürülmədiyinə görə öz hüquqlarını həyata keçirə bilməyib.

Xəbər lenti