"Avropa Məhkəməsinin cərimələrini həmin işə qanunsuz baxan hakimlər ödəsin" - TƏKLİF

Загрузка...
"Bu siyahıya qanunsuz hesab edilən həbslərlə bağlı vəsatət vermiş müstəntiqlər, təqdimat vermiş prokurorlar, inzibati həbs barədə məhkəməyə müraciət edən polis rəislərini də əlavə etmək olar"
Hörmətli həmkarlarımdan birinin Vəkillər Kollegiyasına qanunvericilik təşəbbüsü hüququ verilməsi haqda maraqlı ideya irəli sürməsi və sədrin bu ideyanı dəstəklədiyini oxudum. Fikirləşdim ki, mənim belə hüququm olsaydı, hansı qanunun qəbul edilməsini təklif edərdim. Ağlıma gələn birinci layihə Avropa Məhkəməsinin qərar verdiyi işlər üzrə təqsirli şəxslərin cəzalandırılması ilə bağlı oldu.
Bilirsiniz ki, Avropa Məhkəməsi baxdığı işlər üzrə pozuntu tanıdığı hallarda bir qayda olaraq dövlətin üzərinə şikayətçiyə müəyyən məbləğlər ödənilməsi öhdəliyi də qoyur. Təklif edərdim ki, bu işlərdə şikayətçilərə dövlətin ödədiyi məbləğ Azərbaycan məhkəmələrinin verdiyi qanunsuz qərarları qəbul edən hakimlərin əmək haqqından və təqaüdündən tutulsun. Bu siyahıya qanunsuz hesab edilən həbslərlə bağlı vəsatət vermiş müstəntiqlər, təqdimat vermiş prokurorlar, inzibati həbs barədə məhkəməyə müraciət edən polis rəislərini də əlavə etmək olar. Yoxsa adamlar qanunsuzluq, özbaşınalıq edirlər, bədəlini biz ödəyirik.
SİZ NECƏ FİKİRLƏŞİRSİNİZ?
Yeri gəlmişkən, mağmın olmayan vəkillərdən soruşardım ki, Siz hansı qanunların qəbul edilməsini istərdiniz?
Adil İsmayılov, Tanınmış hüquqşünas
Загрузка...
Загрузка...

Xəbər lenti