Avropa Məhkəməsi QHT-ni qeydiyyata almadığına görə hökuməti cərimələdi

Avropa Məhkəməsi QHT-ni qeydiyyata almadığına görə hökuməti cərimələdi
Загрузка...
Bu gün, iyulun 25-də Avropa Məhkəməsi Azərbaycandan göndərilmiş daha bir şikayət üzrə qərarını elan etdi. Hüquqşünas Xalid Ağəlinin verdiyi məlumata görə, qərar İnsan Haqları Klubu təşkilatının Azərbaycanda qeydiyyata alınmasından imtina edilməsi ilə bağlıdır.
Avropa Məhkəməsi qərara gəlib ki, dövlət qeydiyyatından imtina olunması Ərizəçilərin birləşəmək hüququnu (Konvensiyanın 11-ci maddəsi) pozub. Bu pozuntuya görə, hökumət Ərizəçiyə 4500 avro, hüquqi məsrəflərə görə isə 2040 avro ödəməli olacaq. Dərs çıxarılası, QHT-lərin qeydiyyatındakı 1000 illik problemi birdəfəlik çözmək üçün örnək alınası qərardır. Normalda hökumətlər bu cür qərarlardan sonra məhz belə addım atmalıdır.
Qeyd edək ki, bu işdə şikayətçilər Rasul Jafarov, Emin Huseynov, Sabuhi Gafarov və İHK idi. Onlar 9 il əvvəl Bakıda İnsan Haqları Klubu qeyri-hökumət təşkilatını təsis etmişdilər. Bütün qeydiyyat sənədləri qanuna uyğun şəkildə Ədliyyə Nazirliyinə təqdim edilmiş, amma qeydiyyatdan imtina olunmuşdu. Yerli məhkəmələr isə nazirliyin bu qərarından şikayətləri rədd etmişdilər Ərizəçilər AİHM-ə şikayətlərində birləşmək hüququnun pozulduğunu iddia edirdilər.
Загрузка...
Загрузка...

Xəbər lenti