Avropa Məhkəməsi Leyla və Arif Yunusun xeyrinə qərar çıxarıb

Avropa Məhkəməsi Leyla və Arif Yunusun xeyrinə qərar çıxarıb
Загрузка...
 "Azərbaycan hökuməti onlara 51 min 438 avro ödəməlidir”
Avropa İnsan Hüquqları Məhkəməsi (AİHM) iyulun 16-da Leyla və Arif Yunusların şikayətləri üzrə qərarını elan edib. Qərarda iddia olunan pozuntuların əksəriyyətinin tanındığı qeyd olunub. Məhkəmə hesab edib ki, Yunuslara münasibətdə Avropa Konvensiyasının 5-ci (azadlıq, toxunulmazlıq hüququ), 6-cı (ədalətli məhkəmə araşdırması), 8-ci (şəxsi həyat) 13-cü (səmərəli hüquq vasitələri hüququ), 18-ci, 1 saylı Protokolun 1-ci (mülkiyyət hüququ), 4 saylı Protokolun 2-ci (hərəkət azadlığı) maddələri pozulub. Məlumatı hüquqşünas Xalid Ağaliyev yayıb.
Xalid Ağaliyev məhkəmənin qərarında Azərbaycan hökumətinin Yunuslara ümumilikdə 51 min 438 avro təzminat ödəməli olduğunu qeyd edib. Hazırda Niderlandda mühacir həyatı yaşayan Sülh və Demokratiya İnstitutunun rəhbəri Leyla Yunus və həyat yoldaşı Arif Yunus 2015-ci ildə həbs olunublar.
Leyla Yunus əmlakı müsadirə olunmaqla 8,6 il, Arif Yunus isə 7 il müddətinə azadlıqdan məhrum edilmişdi. Arif Yunus 2015-ci ilin noyabrın 12-də səhhətinin ağır olması səbəb kimi göstərilərək məhkəmə zalından azad edilmişdi. Dekabrın 9-da isə Bakı Apelyasiya Məhkəməsi Leyla Yunusu 5 il sınaq müddəti olmaqla şərti azadlığa buraxılması barədə qərar qəbul etmişdi.

Xəbər lenti