Avropa Məhkəməsi Aslan İsmayılovla bağlı qərarını açıqladı

Avropa Məhkəməsi Aslan İsmayılovla bağlı qərarını açıqladı
Загрузка...
Azərbaycan hökuməti hüquqşünasa təzminat ödəməyəcək
Martın 12-də Avropa İnsan Haqları Məhkəməsi (AİHM) Azərbaycanla bağlı növbəti qərarını elan edib. Qərar "Viza” Hüquq Firmasının rəhbəri Aslan İsmayılovun Vəkillər Kollegiyasından uzaqlaşdırılmasından verilmiş şikayət üzrə verilib.
AİHM hesab edib ki, bu mübahisədə yerli məhkəmələr Aslan İsmayılovun ədalətli məhkəmə araşdırması hüququna müdaxilə ediblər. Bu işdə ərizəçi maddi təzminat tələbini müəyyən edilmiş zaman çərçivəsində təqdim etmədiyindən, məhkəmə təzminat müəyyən etməyib.
Hökumət Aslan İsmayılova pozuntuya görə maddi təzminat ödəməyəcək. Aslan İsmayılov 2013-cü ildə bir hakimlə mübahisə kontekstində baş vermiş olaylar sonucu Vəkillər Kollegiyası üzvlüyündən xaric edilmişdi. Hakim təhqir edildiyi əsası ilə vəkili Vəkillər Kollegiyasına şikayət etmiş, kollegiya onun şikayətinə baxmamışdı.
Aslan İsmayılov iddia edirdi ki, mübahisə üzrə çıxarılmış qərarlarda onun ədalətli məhkəmə araşdırması, ifadə azadlığı və ayrı-seçkiliyin yolverilməzliyi hüquqlarına müdaxilə edilib.

Xəbər lenti