Avropa Məhkəməsi 4 şikayət üzrə qərarını açıqlayıb

Avropa Məhkəməsi 4 şikayət üzrə qərarını açıqlayıb
Загрузка...
Avropa Məhkəməsi aprelin 11-də Azərbaycandan göndərilmiş 4 şikayət üzrə qərarını açıqlayıb. Criminal.az xəbər verir ki, məhkəmə sözü gedən şikayətləri baxılmalı olan işlərin siyahısından çıxarıb. 
İşlərdən biri Mirvari Qəhrəmanlı və Neftçilərin Hüqularını Müdafiə Komitəsinin şikayətləri ilə bağlı idi. AİHM bildirir ki, Ərizəçilər ərizələrini geri çəkiblər.
Digər iş məhkum edilmiş Elnur Qədirovla bağlı idi. Onun vəkilləri müvəkkilinin ədalətli mühakimə edilmədiyini iddia edirdilər. AİHM bu işdə ərizəçinin kommunikasiyaya cavab vermədiyini qeyd edir. Siyahıdan çıxarılan digər iş ərizəçi Zaur İsayevin müraciəti üzrə idi. Gürcüstan vətəndaşı olan ərizəçi sürəkli Azərbaycanda yaşasa, Azərbaycan vətəndaşı ilə ailə qursa da, əlaqəli qurumların ona oturum izni verməməsindən şikayətçi olmuşdu. Bu işdə də ərizəçi şikayətini geri götürüb. Vətəndaşlığın tanınmamasını mübahisələndirən Ərizəçi Nazim Məmmədov da AİHM-in məktublarına cavab verməyib və şikayət baxılmalı olan işlər sırasından çıxarılıb.

Загрузка...
Загрузка...

Xəbər lenti