Azərbaycanlı biznesmen polislərlə atışdı - VİDEO

Azərbaycanlı biznesmen polislərlə atışdı - VİDEO
Загрузка...

Rusiyanın “şimal paytaxtı” Sankt-Peterburqda azərbaycanlı biznesmenin iştirakı ilə silahlı insident yaşanıb. Criminal.az modern.az-a istinadən xəbər verir ki, şəhərin mərkəzində yerləşən mehmanxanalardan birinin barında biznesmenlər Stanislav Yakovlev, Pavel Tatarinov, Azər Ağaxanov və Yevdokimovla 4 polis əməkdaşı mübahisə ediblər. Biznesmenlərin say çoxluğunu nəzərə alan polislər barı tərk ediblər və qısa müddətdə əraziyə əlavə qüvvələrlə gəliblər. 

Dava zamanı tərəflər odlu silaha əl atıblar. Beysbol ağacları, rezin dəyənəklər və digər əşyalardan istifadə olunmaqla davam edən insident zamanı biznesmen Pavel Tatarinov odlu silahdan atəş açaraq polis əməkdaşını yaralayıb. Qüvvələr nisbətinin polislərin xeyrinə dəyişdiyini anlayan biznesmenlər ağ “Mercedes” maşınında ərazini tərk etməyə çalışsalar da qısa müddətdə saxlanılıblar. Məlumata görə, hadisə günü polislər cinayət-axtarış şöbəsi gününü qeyd ediblər. Lakin insidentin başvermə səbəbləri hələlik məlum deyil. 

 Digər məlumata görə, dava zamanı xəsarət alan 4 nəfər xəstəxanaya yerləşdirilib. Başından güllə yarası alan polis əməkdaşının isə komada olduğu bildirilir. Sankt-Peterburq sakinləri kütləvi davada 40-dan artıq insanın iştirak etdyini bildirib. Rusiya İstinatq Komitəsi faktla bağlı geniş araşdrıma aparır. İnsidentlə bağlı bir neçə nəfər, o cümlədən azərbaycanlı Anar Ağaxanov da saxlanıb.

Criminal.az

Загрузка...
Загрузка...

Xəbər lenti