Avropa çempionu Şamaxıda qəbiristanlıqda qətlə yetirilib Avropa çempionu Şamaxıda qəbiristanlıqda qətlə yetirilib

Avropa çempionu Şamaxıda qəbiristanlıqda qətlə yetirilib
Şamaxıda "Yeddi Gümbəz” qəbiristanlığında qətlə yetirilən tanınmış idmançı olub. "Qafqazinfo”nun məlumatına görə, söhbət sərbəst güləşçi Surxayev Ruslan Adil oğlundan gedir. Belə ki, 1991-ci il təvəllüdlü Orxan Hacıyev mətbəx bıçağı ilə həmyerlisi olan Ruslanı bıçaqlayaraq qətlə yetirib. İnsident onların arasında yaranmış mübahisə zəminində baş verib.
Qeyd edək ki, sərbəst güləşçi Ruslan Surxayev 2013-cü ildə Makedoniyanın Skopye şəhərində gənclər arasında Avropa çempionu olub. Bundan başqa, R.Surxayev sərbəst güləş üzrə yeniyetmələr arasında Polşada keçirilən Avropa birinciliyinin qalibi, Tailandda keçirilən Dünya birinciliyinin gümüş mükafatçısıdır. O, eyni zamanda gənclər arasında keçirilən Dünya birinciliyinin gümüş mükafatşısı olub. 

Xəbər lenti