"Avis" Tibbi Marketlərinin direktoru niyə həbs edildi?

"Avis" Tibbi Marketlərinin direktoru Elmir Məhərovun Cinayət Məcəlləsinin hansı maddəsi ilə ittiham edildiyi məlum olub. Criminal.az virtualaz.org-a istinadla xəbər verir ki, E.Məhərov Cinayət Məcəlləsinin 308.1-ci (vəzifə səlahiyyətlərindən sui‐istifadə, yəni vəzifəli şəxsin xidməti vəzifələrinin icrası ilə əlaqədar özü və ya üçüncü şəxslər üçün qanunsuz üstünlük əldə etmək məqsədilə öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə etməsi və ya qulluq mənafeyi tələb etdiyi halda istifadə etməməsi fiziki və ya hüquqi şəxslərin hüquqlarına və qanuni mənafelərinə, yaxud cəmiyyətin və ya dövlətin qanunla qorunan mənafelərinə mühüm zərər vurmaq) və 200.1-ci (istehlakçıları aldatma, yəni mal satan və ya əhaliyə xidmət göstərən təşkilatlar, həmçinin ticarət (xidmət) sahəsində fərdi sahibkar qismində qeydə alınmış fiziki şəxslər tərəfindən malın (xidmətin) ölçüsünə, çəkisinə, hesabına, habelə istehlak xüsusiyyəti və ya keyfiyyətinə dair istehlakçıları xeyli miqdarda aldatma) maddələri ilə ittiham olunur.

Qeyd edək ki, dünən Baş Prokuror yanlnda Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən apteklər şəbəkəsində əməliyyat keçirilib. Saxlanılanlar var. İlkin ehtimala görə, aptekdə əməliyyat dərmanların süni qiymət artımı ilə bağlıdır. 

Criminal.az 

Xəbər lenti