“Audi Q7” ilə piyadanın ölümünə səbəb olub qaçan vəzifəli şəxs imiş

“Audi Q7” ilə piyadanın ölümünə səbəb olub qaçan vəzifəli şəxs imiş
 Xəzər rayonu, Qala qəsəbəsində piyadanın ölümü ilə nəticələnən yol qəzası baş verib. Piyadanı vuran sürücü onu köməksiz vəziyyətdə qoyaraq hadisə yerindən qaçıb.
Xəzər Rayon Polis İdarəsinin əməkdaşları həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində qəzanı törədən sürücünün kimliyi müəyyən olunub. Məlum olub ki, hadisəni Xəzər Rayon İcra Hakimiyyəti başçısının Mərdəkan qəsəbəsi üzrə nümayəndəsinin müavini Vahid Zülfəli oğlu Həsənov törədib.
V.Həsənov istintaqa çağırılıb. Onun qəzanı "Audi Q7” markalı maşınla törətdiyi bildirilir. Faktla bağlı cinayət işi başlanılıb.

Xəbər lenti