Atambayev təslim oldu Atambayev təslim oldu

Atambayev təslim oldu
Загрузка...
Qırğız Respublikasının keçmiş Prezidenti Almazbek Atambayev tutulub. "Qafqazinfo” xəbər verir ki, o, özü polisə təslim olub. Atambayev təslim olduqdan sonra tərəfdarları onun içində olduğu polis maşınının qarşısını kəsiblər. Xüsusi xidmət orqanlarının avtomobili istiqaməti dəyişib alternativ yola girməyə məcbur olub.
Xatırladaq ki, Almazbek Atambayevin həbsi istiqamətində dünəndən başlayaraq əməliyyat aparılır. Amma eks-prezidentin tərəfdarları onun həbsinə qarşı çıxaraq iqamətgahının qarşısında keşik çəkirdilər.
Polislə toqquşma nəticəsində 52 vətəndaş yaralanıb. Hadisələrin fonunda Atambayev xüsusi xidmət orqanlarını xalqa atəş açmamağa çağırmışdı. Atambayev kriminal avtoritet Əziz Batukayevin həbsdən qanunsuz azad edilməsində və bir sıra digər cinayətlərdə ittiham edilir. O, bununla bağlı keçirilən məhkəmələrdə ifadə verməkdən imtina edib. 


Загрузка...
Загрузка...

Xəbər lenti