Ata: Müstəntiq deyib, o da hirslənib özünü yandırıb

Ata: Müstəntiq deyib, o da hirslənib özünü yandırıb
Загрузка...

Məcburi köçkünün özünü polis bölməsinin qarşısında yandırdığı deyilir

Yanvarın 13-də Sulutəpə qəsəbəsində məskunlaşan məcburi köçkün Tərlan Arif oğlu İslamov 40-cı polis pölməsinin qarşısında özünü yandırıb.

Hadisə barədə Meydan TV-yə danışan Arif İslamov deyib ki, oğlu 40-cı polis bölməsinin müstəntiqi ilə mübahisə etdikdən sonra özünə qəsd edib:

"3 ay əvvəl kafelərin birində dava düşüb, Tərlan da o davada olub. Həmin vaxt telefonla 102-yə (DİN-in qaynar xətti - red) zəng etmək istəyəndə dava edənlər telefonunu da əlindən alıblar. O telefonu kreditlə götürmüşdü, 800 manat qiyməti vardı. Həmin dava ilə bağlı polis araşdırma aparırdı, amma heç bir nəticəsi yox idi. Oğlum polisə gedib bu gün. Araşdırmanın ləng getməsindən gileylənib. Deyib, heç olmasa, telefonu qaytarsınlar. Müstəntiqlə mübahisə ediblər, o da deyib nə istəyirsən elə, lap get özünü yandır. Tərlan da hirslənib, özünü yandırıb".

Atasının sözlərinə görə, Tərlan İslamov hazırda 5 saylı Şəhər Xəstəxanasının yanıq şöbəsində, reanimasiyadadır:

"Xəstəxanadayıq, vəziyyəti ağırdır. Danışa bilmir, eləcə uzanıb, özündə deyil".

40-cı polis bölməsindən məsələyə münasibət bildirilməyib, sualı Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə yönləndiriblər. DİN-dən münasibət öyrənmək mümkün olmayıb.

5 saylı Şəhər Xəstəxanasından telefonlara cavab verilməyib.

Загрузка...
Загрузка...

Xəbər lenti