Bakıda iyrənc olay: atalığı gənc qızı zorladı

Bakıda iyrənc olay: atalığı gənc qızı zorladı
Загрузка...

Bakıda 18 yaşlı qız atalığı tərəfindən zorlanıb.

Bu haqda zərərçəkmiş qızın özü polisə məlumat verib.

Criminal.az xəbər verir ki, musavat.com-un əldə etdiyi məlumata görə, hadisə Xətai rayonu ərazisində baş verib.

Rayonun S.Əhmədov küçəsində yaşayan 1997-ci il təvəllüdlü Nahidə Quliyeva (ad şərtidir) polisə müraciət edərək, eyni evdə yaşadığı atalığı tərəfindən cinsi zorakılığa məruz qaldığını bildirib.

O, bildirib ki, onunla eyni evdə yaşayan atalığı 1967-ci il təvəllüdlü Yalçın Quliyev (ad şərtidir) ona qarşı zorakılıqla əxlaqsız hərəkətlər edib.

Şikayətlə bağlı Xətai Rayon Prokurorluğunda araşdırma aparılır.

Criminal.az

Xəbər lenti