AŞPA prezidenti Bakıya gələcək

AŞPA prezidenti Bakıya gələcək
Загрузка...
 Avropa Şurası Parlament Assambleyasının prezidenti Lilian Mori Paskye sentyabrın 11-12-də Azərbaycana səfər edəcək. "Turan” İnformasiya Agentliyinin Avropa Şurasının Bakıdakı nümayəndəliyinə istinadən verdiyi xəbərə görə, Paskyenin Bakıda Azərbaycan prezidenti, parlamentin spikeri və xarici işlər naziri ilə görüşləri planlaşdırılıb.
Bundan başqa AŞPA prezidentinin Milli Məclisin bir sıra komitələrinin üzvləri və Azərbaycanın AŞPA-dakı nümayəndə heyəti ilə də görüşləri nəzərdə tutulub.
Sentyabrın 11-də günün ikinci yarısında Paskye Avropa Şurasının 70 illiyinə həsr edilən "Bizim hüquqlar, bizim azadlıqlar, bizim Avropa” mövzusunda dəyirmi masada iştirak edəcək. Bu, yeni seçilmiş AŞPA prezidentinin Azərbaycana ilk səfəridir.
Загрузка...
Загрузка...

Xəbər lenti