AŞPA məruzəçisi penitensiar müəssisələrdə bir sıra siyasi məhbuslarla görüşüb

AŞPA məruzəçisi penitensiar müəssisələrdə bir sıra siyasi məhbuslarla görüşüb
Загрузка...
Xədicə İsmayılova: "Onun məhbus probleminin həllinə sistemli yanaşması hiss olunur”
AŞPA-nın Azərbaycanda siyasi məhbuslar üzrə məruzəçisi Torhildur Sunna Evarsdottir Bakıya səfəri çərçivəsində penitensiar müəssisələrdə bir sıra məhbusla görüşüb. Məruzəçi Bakıya səfəri sentyabrın 5-7 tarixlərində edib. O, hüquq müdafiəçiləri tərəfindən siyasi məhbus kimi tanınmış jurnalist Əfqan Muxtarlı, "Müsəlman Birliyi” hərəkatının lideri Taleh Bağırzadə, onun köməkçisi Abbas Hüseynov və Səid Dadaşbəyli ilə görüşüb.
Siyasi məhbusların vahid siyahısının tərtib edilməsi üzrə işçi qrupun üzvü, araşdırmaçı jurnalist Xədicə İsmayılova "Turan” İnformasiya Agentliyinə bildirib ki, "məruzəçinin siyasi məhbus probleminin həllinə sistemli yanaşması hiss olunur.
X.İsmayılovanın sözlərinə görə, Evarsdottir azad edilən siyasi məhbusların yerinə başqalarının həbs edilməsi kimi pis təcrübəyə son verilməsi zərurətini başa düşür. Məruzəçinin səfərin yekunlarına dair bəyanatla çıxış edəcəyi gözlənilir. AŞPA məruzəçisi səfər çərçivəsində Azərbaycan rəsmiləri və vətəndaş cəmiyyəti nümayəndələri ilə də görüşlər keçirib. Azərbaycan hüquq müdafiəçilərinin son məlumatına görə, ölkə həbsxanalarında 120-yə yaxın siyasi məhbus saxlanılır.
Загрузка...
Загрузка...

Xəbər lenti