Aslan İsmayılova cəza verildi

Aslan İsmayılova cəza verildi
Загрузка...

'Guya müstəqil olan məhkəmələr və Vəkillər Kollegiyası da birbaşa Fikrət Məmmədovun obyektləri kimi fəaliyyət göstərirlər''

Noyabrın 23-də Binəqədi rayon Məhkəməsində "VİZA” hüquq şirkətinin rəhbəri, hüquqşünas Aslan ismayılova hökm oxunub. Hakim Mirheydər Zeynalovun sədrliyilə çıxarılan hökmə əsasən, A.İsmayılov CM-nin 221.1 maddəsilə - xuliqanlıqda təqsirli bilinərək, illik qazancının 20 faizi tutulmaqla, 1 il islah işləri və 1500 manat da cərimə cəzasına məhkum edilib.

İddia olunur ki, A.İsmayılov Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyevə qarşı qaldırdığı iddia üzrə Binəqədi Rayon Məhkəməsinin qərarı (iddianın icraata götürülməsindən imtina) onu qane etmədiyinə görə 2017-ci il oktyabrın 2-də məhkəmədə səs-küy salıb, qapını çırpıb divarı dağıdıb.

A.İsmayılov haqqındakı hökmün qanunsuz və əsassız olduğunu, sifarişlər çıxarıldığını bildirib. O, xüsusən Baş prokuror Zakir Qaralovu, ədliyyə naziri Fikrət Məmmədovu, prezidentin köməkçisi Əli Həsənovu ittiham edib. Bildirib ki, ictimai fəaliyyətinə, məmurların qanunsuz əməllərini ifşa etdiyinə görə cəzalandırılır:

"Bu cinayət işi haqqımda qaldırılan birinci iş deyil. Əminəm ki, bu idarəçilik sistemi mövcud olacağı təqdirdə, sonuncu da olmayacaq. Bu tipli ilk cinayət işi haqqımda 1996-cı ildə qaldırılıb. Keçən illər ərzində onlar çox olub. Hələ dəfələrlə peşəmdən - vəkillikdən kənarlaşdırıldığmı demirəm. Hamısı da bir məqsəd daşıyıb. Dövlətimdə, Vətənimdə baş verən özbaşnalıqları görməkdən və dilə gətirməkdən çəkinməliyəm. Basqılara baxmayaraq, mən qanunsuzluqları görməməyi, eşitməməyi və qanmamağı bacarmadım”.

Hüquqşünas bildirib ki, ona qarşı sonuncu təqib kampaniyası iki il əvvəl başlayıb. Bunun da bir neçə səbəbi olub:

"Bu səbəblər arasında Azərbaycan gəncliyini məhv edən narkotik tərkibli dərmanların apteklərdə qanunsuz satışı, qanunla qadağan olunmuş, minlərlə ailənin faciəsinə səbəb olan, kazino, qumarxanaların qanunsuz fəaliyyəti, dünyada ekoloji baxımdan ən təhlükəli şəhərlər sırasına daxil edilmiş Bakıda yaşıllıqların məmurlar tərəfindən qanunsuz olaraq rüşvət müqabilində cürbəcür obyektlərin tikintisi üçün satılması, yumurta mafiyasının ölkə sahibkarlığını məhv etməsi... Əsas səbəb isə Milli Onkologiya Mərkəzində baş verən milli faciəmizi sənəd və sübutlarla ictimaiyyətə çatdırmağım oldu. Az-çox Azərbaycanda baş verənlərə bələd olan hər kəsə aydındır ki, yumurta mafiyası və Milli Onkologiya Mərkəzi birbaşa Ədliyyə naziri Fikrət Məmmədovla bağlıdır. Fikrət Məmmədov isə Azərbaycanda sıradan bir nazir deyil. O, Azərbaycanda bütövlükdə ədliyyə, məhkəmə sisteminə və prokurorluq orqanlarına başçılıq edən şəxsdir. Dəfələrlə açıqladığım fikri bir daha təkrar edirəm, Baş prokuror Zakir Qaralov bir rayon prokurorunu belə, Fikrət Məmmədovun göstərişi olmadan vəzifəyə təyin edə bilməz. Guya müstəqil olan məhkəmələr və Vəkillər Kollegiyası da birbaşa Fikrət Məmmədovun obyektləri kimi fəaliyyət göstərirlər”.

A.İsmayılov haqqında çıxarılan hökmdən apelyasiya şikayəti verəcək.

Загрузка...
Загрузка...

Xəbər lenti