Ağsaqqallar Şurası sədrinin oğlu yaşadığı evə od vurdu - SAATLIDA

Ağsaqqallar Şurası sədrinin oğlu yaşadığı evə od vurdu - SAATLIDA
Загрузка...
Respublika Ağsaqqallar Şurası Saatlı rayon təşkilatının sədri Adil Nağıyevin ailəsində gözlənilməz hadisə baş verib. Criminal.az saytının məlumatına görə, Ağsaqqallar Şurasının sədrinin oğlu Vüqar Nağıyev Moday kəndində yerləşən yaşadığı evi qəsdən yandırıb.
Hadisə avqustun 7-nə keçən gecə baş verib. Yanğın zamanı ölən və xəsarət alan olmasa da, ev tamamilə yanaraq külə döndüyü bildirilir. 
Hadisənin ailə münaqişəsi zəminində baş verdiyi ehtimal olunur. 
Saatlı rayon Polis Şöbəsindən işi araşdıran Yaqub Cabbarov Criminal.az saytına bildirdi ki, V.Nağıyev hadisəni törədərkən sərxoş olub. Yanğın zamanı evə ciddi ziyan dəyməyib, yalnız Vüqarın yatdığı taxt və paltarları yanıb.
''Özünə məxsus ev olub. Maddi ziyan azdır. Hadisədə cinayət tərkibi yoxdur''-deyə Y.Cabbarov bildirib. 

 
Загрузка...
Загрузка...

Xəbər lenti