Cavid Hüseynovun işindən şok faktlar

Cavid Hüseynovun işindən şok faktlar
Загрузка...

Jurnalist Rasim Əliyevin ölümü ilə bağlı istintaq davam edir. Sport7.az xəbər verir ki, növbəti ayda cinayətdə kimin günahkar olub-olmamasına aydınlıq gələcəyi gözlənilir. Cinayətin törədilməsində təqsirli bilinən, barəsində avqustun 11-də 3 aylıq həbs qətimkan tədbiri seçilən futbolçu Cavid Hüseynov, millimizin sabiq üzvünün bibisi oğlu Elşən İsmayılov və hadisədə iştirak edən digər 4 nəfərin işi ilə bağlı araşdırma aparılır.

 Sözsüz ki, istintaqın yekununda cinayətin əsas iştirakçısı kimi futbolçunun bibisi oğlu Elşən İsmayılova iş kəsiləcək. Onun məsuliyyətdən boyun qaçırma şansı sıfıra barabərdi. Bu barədə etibarlı mənbədən məlumat əldə etmişik. İsmayılovla yanaşı, hadisə iştirakçılardan daha ikisinə hökm oxunacağı gözlənilir. Düzdü, həmin şəxslərin kimliyini dəqiqləşdirə bilmədik. Amma qalan 2 nəfərin sərbəst buraxılacağı  bildirilir. Cavid Hüseynova gəlincə, istintaqın gedişində hadisəni bilib gizlətməkdə ittiham olunan futbolçunun işini çətinləşdirən məqamlar ortaya çıxıb. 

Əldə etdiyimiz özəl məlumata görə, Elşən İsmayılov Rasim Əliyevə ilk dəfə məhz Cavidin adına olan nömrədən zəng vurub. Rasimə zeng edilən nömrəni ya həmin vaxt Cavidin özü işlədirmiş, ya da Hüsyenov onu bir müddət əvvəl istifadə edirmiş. İkinci dəfə isə Elşən zəngi öz telefonundan edib. Hüseynovun özü də məsələ ilə bağlı izahat verərkən, mərhuma zəng edilən nömrənin onun əvvəlki nömrəsi olduğunu qeyd etdiyi bildirilir. İstintaq qrupunun futbolçunun sözlərinin nə dərəcə doğru olub-olmadığını araşdırdığı qeyd olunur. Ancaq istənilən halda Hüseynovun sərbəst buraxılması da istisna deyil.

Qeyd edək ki, jurnalist Rasim Əliyev 8 avqustda "Bayıl market”in qarşısında döyülüb. O, ölümündən əvvəl "Qəbələ” futbol komandasının kapitanı Cavid Hüseynovun qohumlarının onu döydüyünü bildirib. Hadisəyə səbəb jurnalistin facebook səhifəsində futbolçunu tənqid etməsi olub. Bir gün sonra - avqustun 9-da Rasim Əliyev müalicə aldığı 1 saylı Şəhər Kliniki Xəstəxanasında vəfat edib. Jurnalisti döyən şəxslərin başçısı Elşən İsmayılovla yanaşı, daha 4 nəfər - Camal Məmmədov, Arif Əliyev, Kənan Mədətov və Samir Mustafayev də Rasim Əliyevin ölümünə görə həbs ediliblər.

Criminal.az

Xəbər lenti