“Arzu Əliyevanın adına saxta profil açanlar müəyyənləşəcək” - DTX

“Arzu Əliyevanın adına saxta profil açanlar müəyyənləşəcək” - DTX
Загрузка...
 Bəzi internet resurslarında Prezident İlham Əliyevin kiçik qızı Arzu Əliyevanın adından sosial şəbəkədə yayılmış müraciətdə, guya istifadəçilərə hərbi məsələlərlə bağlı paylaşım etməməyə çağırışlar yer alıb. Bu barədə Dövlət Təhlükəsizliyi Xidmətinin İctimai əlaqələr şöbəsinin məlumat yayıb.
Qeyd edilib ki, aparılmış ilkin araşdırmalarla qeyd olunan məlumatların saxta profillərdən istifadə edilməklə ictimai rəyi çaşdırmaq və sensasiya naminə yayımlandığı və belə məlumatların Arzu Əliyevaya heç bir aidiyyətinin olmadığı müəyyən edilib:
"Bildiririk ki, hazırda sosial şəbəkələrdə bu cür təxribat xarakterli paylaşımları edən şəxslərin müəyyənləşdirilməsi və barələrində qanuna müvafiq tədbirlərin görülməsi üçün fəaliyyət davam etdirilir".

Xəbər lenti