Arvadını və iki övladını öldürüb intihar etdi

Arvadını və iki övladını öldürüb intihar etdi

Samarada öldürülən 3 nəfərdən biri olan qadın hadisə zamanı öz uşaqlarından birini xilas edə bilib. Criminal.az saytı modern.az-a istinadla xəbər verir ki, o, körpənin olduğu arabanı yaşadığı mənzilin birinci mərtəbəsinin eyvanından yerə tullayıb. Uşaq sağ qalıb. Regional İstintaq İdarəsindən bildirilib ki, evin pəncərələrinin altında 4 nəfərin meyiti tapılıb. Onlardan ikisi uşaqdır.

Samara şəhərinin Kirov rayonunda meyitləri tapılanlar 34 yaşlı kişi, 42 yaşlı qadın, eləcədə 2 yaşlı qız və 5 yaşlı oğlandır. Onlar zorakılıqla qətlə yetiriliblər. İstintaqın versiyasına görə, cinayəti ailə başçısı törətdikdən sonra özünü də öldürüb. Belə qənaətə gəlməyə əsas verən səbəb isə hadisə yerinə baxış zamanı mənzilin pəncərə və giriş qapısının içəridən bağlı olmasıdır. 

Criminal.az

Xəbər lenti