Arvadına 18 bıçaq zərbəsi vurub öldürdü - Bakıda daha bir dəhşət

Arvadına 18 bıçaq zərbəsi vurub öldürdü - Bakıda daha bir dəhşət
Загрузка...
Bakıda daha bir qadın əri tərəfindən qətlə yetirilib. "Qafqazinfo”nun verdiyi xəbərə görə, 39 yaşlı İlham Əkbərov Nizami rayonunda yaşadığı evdə arvadı, 36 yaşlı Cəvahiri qısqanclıq zəminində bıçaqlayaraq öldürüb. Onun arvadına 18 bıçaq zərbəsi vurduğu bildirilir.
İ.Əkbərov hadisə yerindən qaçaraq Şəkiyə gedib. Nizami və Şəki polisinin birgə əməliyyatı nəticəsində saxlanılıb. Faktla bağlı Nizami rayon prokurorluğunda cinayət işi başlanılıb.
Qeyd edək ki, bir neçə gün əvvəl Avtovağzal metrostansiyası yaxınlığında Nicat Abdullayev 20 bıçaq zərbəsi vuraraq arvadı Leyla Abdullayevanı qətlə yetirmişdi.
Загрузка...
Загрузка...

Xəbər lenti