Arif Rəhimzadə Əli Həsənovu müdafiə etdi

Arif Rəhimzadə Əli Həsənovu müdafiə etdi
Загрузка...
Milli Məclisin sabiq deputatı Arif Rəhimzadə YAP Siyasi Şurasının yeni parlament seçkilərinin keçirilməsi ilə bağlı Prezident İlham Əliyevə etdiyi müraciətdən və parlamentin buraxılmasından danışıb. Arif Rəhimzadə Demokrat.az-a bildirib ki, hazırda seçicilərin ona qarşı münasibəti yaxşıdır:
"Son seçildiyim ərazidə insanların mənə qarşı münasibəti yaxşıdır. Hələ ki vaxt var. Növbəti parlament seçkilərində namizədliyimi irəli sürüb-sürməyəcəyimlə bağlı düşünəcəm. Namizədliyimi vermək üçün iki şərt olmalıdır. Bu şərtlərdən biri olmasa, o zaman namizədliyimi irəli sürməyəcəm".
Arif Rəhimzadə Prezidentin İctimai siyasi məsələlər üzrə sabiq köməkçisi Əli Həsənovun "trol ordusu" saxlaması və mediaya söyüş gətirməsi barədə yayılan məlumatlara da münasibət bildirib:
"Bilirsiniz, kiminsə qeybətini etmək və başqalarını pisləmək bizim millətin qanındadır. İndi Əli Həsənov vəzifədən gedib deyə, onun da dalınca danışırlar. Əli Həsənov uzun müddət vəzifədə işləyib, öz istəyilə də işdən gedib. Əli Həsənov mətbuata söyüş gətirməyib. O, çox mədəni insandır və danışığını yaxşı bilir. Mən onun söyüşə meyilli adam olmasını görməmişəm. Bu barədə söylənilənlər cəfəngiyyatdır".
Загрузка...
Загрузка...

Xəbər lenti