Arif Hacılı saxlanıldı

Arif Hacılı saxlanıldı
Загрузка...
Musavat Partiyasının başqanı Arif Hacılı noyabrın 12-də saxlanılıb. Bu barədə Meydan.tv-yə A.Hacılının həyat yoldaşı Nəzakət Hacılı məlumat verib.
 
N.Hacılının sözlərinə görə, həyat yoldaşı partiya qərargahına gedərkən 8-ci mikrorayon ərazisində 10-a yaxın polis tərəfindən saxlanılıb: "Özü mənə zəng edib dedi ki, polis tərəfindən saxlanılıb və bölməyə aparırlar. Ancaq hansı bölməyə aparıldığını deyə bilmədi".
 
Bu gün Musavat partiyasının 10-dan artıq üzvü 12 noyabr mitinqinə görə saxlanılıb.
 
Загрузка...
Загрузка...

Xəbər lenti