Araz Ağalarovun qızı qəzaya düşdü Araz Ağalarovun qızı qəzaya düşdü

Araz Ağalarovun qızı qəzaya düşdü
Загрузка...
Azərbaycan əsilli rusiyalı milyarder Araz Ağalarovun qızı Səbinə Ağalarova qəzaya düşüb. "Qafqazinfo” Rusiya mətbuatına istinadən xəbər verir ki, "Qazel" markalı yük maşını onun idarə etdiyi "Bentley” markalı avtomobilə çırpılıb.
Hadisə zamanı Səbinə Ağalarova xəsarət almasa da, maşını yararsız hala düşüb. "Qırmızı işıqda dayanmışdıq. Arxadan yük maşını bizi vurdu. Məlum oldu ki, onu da arxadan qoşqu vurub. Onun sürücüsü yaşıl oxu əsas siqnalla səhv salıb. Hamımız sağıq. Heç kim xəsarət almayıb", - deyə Səbinə Ağalarova bildirib. 

Загрузка...
Загрузка...

Xəbər lenti