Aprel döyüşlərinin iştirakçısı xanımının üzüyünü güllə gilizindən düzəldibmiş

03 Aprel 2020, 19:16
03 Aprel
2020
19:16
359
"Mənim iştirakçısı olduğum Aprel döyüşləri zamanı çəkilən bir şəklim yoxdur. Amma əvəzində o xatirələri hər zaman xatırladacaq bir şeyə sahibəm. Sevdiyim qadının barmağına taxdığım üzük 2016-cı il aprelində Tərtər istiqamətində düşmən ordusuna vurduğumuz güllənin (NsVP) gilizidir. Min əzabla kəsərək hamarlayıb parıldatmaq üçün bronejiletə və bütün parça səthlərə günlərlə sürtmüşəm.Ömrümüzün 4 günü, ruhumuzun orda qalan bir parçasıdır”.
Bu xatirəni Aprel döyüşlərinin iştirakçısı, kəşfiyyat manqa komandiri, kiçik çavuş Araz Əliyev sosial şəbəkədə paylaşıb.
"Qafqazinfo” da Dördgünlük müharibənin dördüncü ildönümündə Arazla söhbətləşərək həmin xatirələrini canlandırıb.
1994-cü il təvəllüdlü Araz Əliyev BDU-nun Beynəlxalq Münasibətlər fakültəsini bitirdikdən sonra hərbi xidmətə çağırılıb.

O, 2016-cı ilin 1-5 aprel tarixlərində Tap Qaraqoyunlu kəndi, Tərtər rayonunun Borsunlu, Talış və Madagiz kəndləri, Ağdərə istiqamətində gedən döyüşlərdə kəşfiyyat manqa komandiri kimi iştirak edib:
"Borsunlu kəndində toplanış zamanı baş leytenant olan komandirim əsgərlərdən ən irəli gedəcək olanları və qalacaqları ayırırdı. Evin tək uşağı olanları, atası olmayanları aparmırdılar.
Mən də yeganə ali təhsilli idim. Mənə qalmağı tapşırdı. Ancaq etiraz edərək xidmətin son gününə qədər baş leytenantla çiyin-çiyinə döyüşlərdə iştirak etdim.
Düşmənin Şiştəpədəki iki müşahidə məntəqəsi tərəfimizdən məhv edilib.
Bu uğura görə, korpus komandanlığı tərəfindən "Fəxri fərmanla” təltif olunmuşam.
"Qisas” postunda olarkən düşməndən bir nəfəri vurmuşduq. Aprel ayı ərzində atışlara icazə verildiyi üçün hər yanda güllə gilizi tapmaq olurdu. Vurduğumuz güllənin gilizini saxlamışdım. Əsgərə gilizlərdən nəsə düzəltməyə icazə verilmir. Əgər tutulsa, cəzalandırılır. Gilizləri də normal vaxtlarda sayaraq təhvil alırlar. Ancaq əsgərlər bir yolunu tapıb nəsə düzəldirlər. Çox vaxt bu nəsə güllədən sadə fiqurlar olur. Gilizi kəsəndən sonra istər postda, istərsə də postdan düşdükdən sonra özümlə gəzdirirdim.

Tutulmamaq üçün sol cibimdə saxlayırdm. Gecələr, ya da boş vaxtlarda parça səthlərə sürtürdüm ki, daha da parıldasın. Evə gələcəyim zaman artıq üzük hazır idi. Mənimlə bütün döyüş cəbhəsini gəzmişdi. İndi də mənimlədir. Kənarlarında bir azca əyrilik var. Diqqətlə baxanda bronejiletin parçasının cızıqlarını görmək olur. O vaxtdan artıq 4 il keçib, hələ də parıltısı getməyib. Xanımım da arada üzüyün qayğısına qalmağın gərəyini başa düşür. O üzük eynilə silah kimidir. Gərək vaxtaşırı qulluq edəsən”.
Xəbər lenti
-
17:21DTX rəisini 200 min dollar rüşvətdə ittiham edən sabiq bələdiyyə sədri ''Bandotdel''ə çağırılıb
-
10:58Rusiya Müdafiə Nazirliyi 50 min erməni qaçqının Qarabağa qayıtdığını açıqlayıb
-
10:56Daha bir tərxis olunan əsgər faciəvi şəkildə öldü
-
18:39Ağdamın Xıdırlı kəndindən görüntülər
-
18:38"Dağlıq Qarabağın statusu məsələsi gələcəyə saxlanılıb"
-
18:35Bakıda süpürgəçi qadını avtomobil vurub
-
18:33Müdafiə Nazirliyi həlak olan və itkin düşənlərin yeni siyahısını yaydı
-
18:29Oqtay Gülalıyevin xanımı həkimlərlə bağlı Baş prokurora müraciət etdi
-
18:27Navalnıya 30 sutka həbs cəzası verildi
-
17:29"Məni heç bir iş üzrə, heç bir yerdə də sorğulamayıblar" - Əli Həsənov həbs xəbəri haqda
-
15:36''Prezident deyir şəhidlərin qarşısında baş əyirəm. Bəs Xəzər Aslanov kimdir?'' - Plakatı sökülən şəhidin atası
-
15:02Azərbaycan tezliklə JF-17 qırıcılarını alacaq, Hərbi Hava Qüvvələrini xeyli gücləndirəcək - 21 BELƏ QIRICI-BOMBARDMANÇI ALMAQ PLANLAŞDIRILIR...
-
13:48Oqtay Şirəliyev, Ramin Bayramlı və Zaur Əliyev peyvənd olundular
-
11:44Övladı xərçəng olan jurnalist Mehriban Əliyevadan kömək istədi - ''Nuray ölümlə üz-üzədir...''
-
11:20Rusiyaya qayıdan Aleksey Navalnı hava limanında saxlanılıb
-
11:192 gün əvvəl tərxis olunan könüllü əsgər vəfat etdi
-
11:18Cəlilabadda “Niva” aşdı - 2 ölü, 1 yaralı
-
11:17İcra başçısı müavinini vəzifədən azad etdi
-
11:15Sumqayıtda ər arvadını oteldə boğaraq öldürdü
-
01:27Həbsdəki jurnalist nazirin öz anasına qanunsuz pensiya təyin etdirməsini yazdı
-
22:51"Biz ora gedib, onlarla birlikdə yaşaya bilərikmi?
-
22:42İlham Əliyev: Açıq deməliyəm ki, ermənilər büstləri Heydər Əliyevə pulla satdılar
-
22:37“Doğma, sevimli, əvəzolunmaz Şuşa...” - Mehriban Əliyeva
-
22:35Prezident “Şuşi” adını görüb əsəbiləşdi
-
22:20Prezidentlə ailəsinin səfərdən görüntülər
-
12:17Prezident Şuşaya getdi
-
16:16Vüqar Səfərli ilə birgə həbs edilən kimdir?
-
15:32Vüqar Səfərli həbs edildi
-
15:0613 -cü ”zon”da müəammalı məhbus ölümü - İŞGƏNCƏ İDDİALARINI PENİTENSİAR XİDMƏT TƏKZİB EDİR
-
14:59Şuşada yol qəzası - 1 hərbçi öldü, 2-si yaralandı
-
14:57Dünən şəhid olan hərbçimiz dəfn edildi
-
14:56Xocalı yol idarəsinin əməkdaşı minaya düşdü
-
14:53Həbs edilən daha bir icra başçısının oğluna yeni vəzifə verildi
-
14:35Əli Kərimli: Azərbaycan xalqı mənim biznesimin olmadığını bilir
-
14:31Mübariz Mənsimov: Mənə heç kəs FETÖ damğası vura bilməz
-
14:29AXCP üzvünün ərizəsi təmin olunmayıb
-
23:28Əli Həsənov ailəsinə məxsus 6 şirkət ləğv olunmasını təsdiqlədi
-
12:17İlham Əliyev, Putin və Paşinyan bəyanat imzaladı - Tam mətn
-
12:14Vilyam Hacıyevin oğluna yeni vəzifə verildi
-
12:12Qobustandakı zavodda partlayış oldu, fəhlə öldü
18 Yanvar 2021
16 Yanvar 2021
15 Yanvar 2021
14 Yanvar 2021
13 Yanvar 2021
12 Yanvar 2021
Digər xəbərlər
-
Foto, Cəmiyyət
Ağdamın Xıdırlı kəndindən görüntülər
-
Foto, Cəmiyyət
''Prezident deyir şəhidlərin qarşısında baş əyirəm. Bəs Xəzər Aslanov kimdir?'' - Plakatı sökülən şəhidin atası
-
Manşet, Foto, Cəmiyyət
Azərbaycan tezliklə JF-17 qırıcılarını alacaq, Hərbi Hava Qüvvələrini xeyli gücləndirəcək - 21 BELƏ QIRICI-BOMBARDMANÇI ALMAQ PLANLAŞDIRILIR...
-
Foto, Cəmiyyət
Oqtay Şirəliyev, Ramin Bayramlı və Zaur Əliyev peyvənd olundular
-
Manşet, Foto, Cəmiyyət
İlham Əliyev: Açıq deməliyəm ki, ermənilər büstləri Heydər Əliyevə pulla satdılar
-
Foto, Cəmiyyət
“Doğma, sevimli, əvəzolunmaz Şuşa...” - Mehriban Əliyeva
-
Foto, Cəmiyyət
Prezidentlə ailəsinin səfərdən görüntülər
-
Foto, Cəmiyyət
İlham Əliyev Moskvadadır
-
Foto, Cəmiyyət
''''Şuşanın körpə qartalı'' adını verərək cənazəsini təhvil vermişdilər''