Apellyasiya Məhkəməsi Paşa Ümidovu həbsdə saxlayıb

Apellyasiya Məhkəməsi Paşa Ümidovu həbsdə saxlayıb
Загрузка...
Cümə günü Bakı Apellyasiya Məhkəməsi Xalq Cəbhəsi Partiyasının fəalı Paşa Ümidovun həbsindən verdiyi şikayəti təmin etməyib. Vəkili Zibeydə Sadıqovanın verdiyi məlumata görə, oktyabrın 16-da Nərimanov rayon məhkəməsi Ümidovu qanunsuz narkotik dövriyyəsi ittihamı ilə 3 ay müddətinə həbs edib.
Ümidov məhkəmədə bildirib ki, 19 oktyabr mitinqindən əvvəl həbsini gözləyirdi. Çünki əvvəlki etiraz aksiyalarından əvvəl müxalifətçiləri uydurma ittihamlarla saxlayırdılar. "Belə bir vəziyyətdə üzərində narkotik saxlamaq həqiqətə uyğundur?”, deyə fəal bildirib.
Amma məhkəmə müdafiə tərəfin birinci instansiya məhkəməsinin qərarının ləğvi və Ümidovun azad edilməsi haqqında vəsatətini təmin etməyib. Müdafiə tərəfi qətimkan tədbirinin dəyişdirilməsi haqqında yeni vəsatətlər, xüsusən həbsin ev dustaqlığı ilə əvəz edilməsi haqqında vəsatət qaldırmaq niyyətindədir.
Загрузка...
Загрузка...

Xəbər lenti