Apellyasiya Məhkəməsi Müsavat Partiyasının fəalının şikayətini geri qaytarıb

Apellyasiya Məhkəməsi Müsavat Partiyasının fəalının şikayətini geri qaytarıb
Загрузка...
Şərhlərə bax Dekabrın 17-də Bakı Apellyasiya Məhkəməsi Müsavat Partiyası Gənclər Komitəsinin sədri Əbülfəz Sadıqbəyli ilə bağlı apellyasiya şikayətini birinci instansiya məhkəməsinə geri qaytarıb. Apellyasiya şikayəti dekabrın 7-də Səbail Rayon Məhkəməsinin Sadıqbəylinin ev dustaqlığına buraxılması ilə bağlı vəsatətini təmin etməməsi ilə bağlıdır. Belə ki dekabrın 17-də Bakı Apellyasiya Məhkəməsi şikayətin verilməsi ilə bağlı müddətin bitdiyini səbəb göstərərək şikayəti yenidən Səbail Rayon Məhkəməsinə göndərib. Vəkil Osman Kazımov hakim Mədinə Bağırovanın məhkəmənin qərarını gec verdiyini deyib.
O.Kazımov deyib ki, Ə.Sadıqbəyli də prosesdə iştirak edib. Vəkil eyni zamanda vurğulayıb ki, Səbail Rayon Məhkəməsinin Ə.Sadıqbəyli barəsində seçdiyi həbs-qətimkan tədbiri qərarı əsassızdır.
Noyabrın 21-də Səbail Rayon Məhkəməsi Əbülfəz Sadıqbəylinin barəsində 3 aylıq həbs-qətimkan tədbiri seçib. Əbülfəz Sadıqbəyliyə cinayət məcəlləsinin 178 ( dələduzluq) və 320-ci (saxta sənəd hazırlama və ya ondan istifadə) maddələrilə ittiham verilib. İttihama görə, Müsavat Partiyasının fəalı "Nikoil bank”-ın adından saxta sənəd hazırlayıb.
Bildirilir ki, o, bankdan kredit ilə aldığı "Niva" markalı avtomobilə görə, borclu qaldığı 5 min 100 manatın ödənilməsi barədə arayışı yol polisinə təqdim edərək, avtomobili öz mülkiyyətinə keçirib, daha sonra satıb. İstintaq orqanı həmin arayışın saxta olduğunu iddia edir. Sadıqbəyli ittihamı qəbul etmir. Müsavat Partiyası həbsin siyasi motivlərlə gerçəkləşdirildiyini bəyan edib. Ancaq rəsmilər ölkədə insanların siyasi əqidələrinə görə uydurma ittihamlarla həbs olunmaları ilə bağlı deyilənləri qəbul etmir.
Загрузка...
Загрузка...

Xəbər lenti