Apellyasiya məhkəməsi AXCP fəalını azad etməyib

Apellyasiya məhkəməsi AXCP fəalını azad etməyib
Загрузка...
Habil Məmmədovun sədrlik etdiyi hakimlər kollegiyası bu qərarı iyulun 5-də çıxarıb
İyulun 5-də Bakı Apellyasiya Məhkəməsi Azərbaycan Xalq Cəbhəsi partiyasının həbsdə olan üzvü Fuad Əhmədlinin vaxtından əvvəl şərti azadlığa buraxılmasından imtina ilə bağlı şikayətini təmin etməyib. Bakı Apellyasiya Məhkəməsində Habil Məmmədovun sədrlik etdiyi hakimlər kollegiyası birinci instansiya məhkəməsinin qərarını qüvvədə saxlayıb.
Məhkəmədə iştirak edən Fuad Əhmədli məhkəmədən ədalətli qərar gözləmədiyini bildirib. Məhkəmə önündə Bakı Apellyasiya Məhkəməsi Azərbaycan Xalq Cəbhəsi partiyasının sədri Əli Kərimli , vətəndaş cəmiyyətinin nümayəndələri , gənc fəalın yaxınları toplaşaraq Fuad Əhmədlini dəstəkləyiblər.
Azərbaycan Xalq Cəbhəsi partiyasının sədri Əli Kərimli Fuad Əhmədlinini indiyədək həbsdə qalmasını ədalətsiz kimi qiymətləndirib.
Fuad Əhmədli 2016-cı il avqustun 17-də saxlanıb. İttihama görə, o, operator işlədiyi "Azerfon” şirkətində (Nar Mobile) texniki vasitələrdən istifadə etməklə, bir sıra müştərilər haqqında fərdi məlumatları kənar şəxslərə ötürüb. O ,Cinayət Məcəlləsinin əməliyyat-axtarış fəaliyyəti haqqında qanunvericiliyi pozma və vəzifə səlahiyyətlərindən sui-istifadə maddələri ilə ittiham olunurdu.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə ona 4 il həbs cəzası verilib. F.Əhmədli ittihamları rədd edir və siyasi sifarişlə həbs olunduğunu bildirir. Rəsmilər isə ölkədə siyasi sifarişlə həbslərin olması haqqında deyilənləri düzgün saymırlar.
Загрузка...
Загрузка...

Xəbər lenti