Eldar Mahmudovun gizli bankı üzə çıxdı - FOTO

Eldar Mahmudovun gizli bankı üzə çıxdı - FOTO
Загрузка...

Gündəmin bir nömrəli mövzusu olan “MTN işi”ndə yeni-yeni təfərrüatlar, ilginc cinayətlər açıqlanır. Criminal.az xəbər verir ki, unikal.org saytının yaydığı xəbərdə bildirilir ki, yaxın günlərdə “Muğanbank” haqqında da bu tipli tədbirlərin həyata keçiriləcəyi gözlənilir. Məlumat üçün bildirək ki, adıçəkilən bank “Odlar yurdu” universitetinin sahibi Əhməd Vəliyevdir. 

Daxil olan informasiyada iddia olunur ki, əslində həmin bank keçmiş milli təhlükəsizlik naziri Eldar Mahmudovla “Odlar Yurdu” universitetinin rektoru Əhməd Vəliyevin şərikli müəssisəsidir. Onların “Muğanbank”dakı işlərini isə Eldar Mahmudovun əmisi oğlu Vüqar Mahmudovla, Əhməd Vəliyevin kürəkəni, eyni zamanda “Muğanbank”ın Müşahidə Şurasının sədri Elmir Mehdiyev həyata keçirib. Əslində, bu bankın kimə məxsus olduğu elə bankın öz saytında yazılıb.

Saytın səhmdarların bankın nizamnamə kapitalında payı bölməsində payçıların adları göstərilir - Mehdiyev Elmir Maqbet oğlu - 63,50 % (Ə.Vəliyevin kürəkəni, eyni zamanda bankın Müşahidə Şurasının sədri), Vəliyeva Vəfa Əhməd qızı - 12,05 % (Əhməd Vəliyevin qızı), Mehdiyev Maqbet Rəhim oğlu - 13,10% (Ə.Vəliyevin qudası, Tibb Universitetinin dosenti, biologiya elmləri namizədi) Mehdiyeva Fəridə Cahandar qızı - 11.35 % (Ə.Vəliyevin qudası) Əhməd Vəliyev Yeri gəlmişkən, Ə.Vəliyevin sahibi və rəhbəri olduğu Odlar Yurdu Universitetinin bank hesabları da bu bankdadır. Beləliklə, aydın olur ki, “Muğanbank” Əhməd Vəliyevin hansı açıqlama verməsindən asılı olmayaraq ona və ailə üzvlərinə məxsusdur. 

Sayt yazır ki, bankın əsas himayədarı və biznes ortağı sabiq milli təhlükəsizlik naziri Eldar Mahmudov olub. Elə adıçəkilən bankın idarəçiliyində də əsas söz sahibləri onların yaxın qohumları – Eldar Mahmudovun köməkçisi, eyni zamanda əmisi oğlu Vüqar Mahmudov və Əhməd Vəliyevin kürəkəni Elmir Mehdiyev söz sahibidirlər. 

Daxil olan məlumatda həmçinin iddia edilir ki, sabiq MTN şefinin “qara pulları” məhz bu bank tərəfindən realizə edilirmiş. “Qafqazinfo” onu da əlavə edir ki, Odlar Yurdu Universitetinin tədrisində E. Mahmudovun atası akademik Əhməd Mahmudova xüsusi diqqət ayrılıb. Belə ki, ötən il Universitetdə Ə. Mahmudovun anadan olmasının 91-ci ildönümü təntənəli şəkildə qeyd olunub, ali məktəbdə akademikin adını daşıyan Elmi-Tədqiqat Mərkəzi yaradılıb. Həmçinin “Odlar Yurdu” Universitetinin tələbələrinə Əhməd Mahmudov adına təqaüd verilir. 

Criminal.az

EldarEldarEldar

Xəbər lenti