Anasının məzarını ziyarət etmək istəyən Tofiq Yaqubluya məhkəmə yenə “yox” dedi

15 Noyabr 2021, 17:32
15 Noyabr
2021
17:32
1239
Tofiq Yaqublu: "Bunlar təkcə hüquq yox, həm də mənəviyyat cinayətkarlarıdır”
Milli Şuranın və Müsavat Partiyasının üzvü Tofiq Yaqublu bir neçə ay öncə vəfat etmiş anasının məzarını ziyarət etmək üçün ölkədən çıxışına müvəqqəti icazə verilməsini istəsə də, məhkəmədən rədd cavabı alıb.
Noyabrın 15-də Bakı Apelyasiya Məhkəməsində Həsən Əhmədovun sədrlik etdiyi hakimlər kollegiyası onun şikayətini təmin etməyib.
Tofiq Yaqublu 2021-ci ilin iyulunda ölkədən çıxışına icazə verilməsi üçün məhkəməyə müraciət edəndə anasının vəziyyəti ağır idi. Siyasətçi son günlərində onu görə bilməsi üçün üzərindəki məhdudiyyətin müvəqqəti götürülməsini istəyirdi. Məhkəmə bu məsələyə baxıb qərar verənə qədər o, vəfat etdi. Belə olan halda, Tofiq Yaqublu heç olmasa, hüzr mərasimində iştirak etmək istəyirdi. Lakin Suraxanı Rayon Məhkəməsi ona "yox” cavabı verdi.
Tofiq Yaqublu həmin qərardan apelyasiya şikayəti vermişdi.
Siyasətçinin vəkili Aqil Layıc Meydan TV-yə bildirib ki, Bakı Apelyasiya Məhkəməsində xeyli vaxt idi ki, bu məsələyə baxılırdı: "Hətta elə görüntü yaranmışdı ki, şikayət təmin olunacaq. Hakim Tofiq Yaqublunun anasının ölüm haqqında şəhadətnaməsini istəmişdi. O da məhkəməyə təqdim olundu. Amma sonda gəlib qərarı açıqladı ki, təmin edilmir”.
Vəkil əlavə edib ki, qərardan Ali Məhkəməyə kassasiya şikayəti veriləcək. Əgər bu instansiyada da şikayət təmin olunmasa, Avropa İnsan Haqları Məhkəməsinə müraciət olunacaq: "Çünki bu işdə pozuntuya yol verilib”.
Məhkəmələr Tofiq Yaqublunun anasının məzarını ziyarət etmək məqsədilə ölkədən çıxışına icazə verilməsi haqda müraciətini əsaslandırarkən qeyd edib ki, onun sonradan ölkəyə qayıtmamaq ehtimalı var.
Tofiq Yaqublu hesab edir ki, məhkəmə onunla bağlı bu qərarı siyasi sifarişlə verib:
"Anamın səhhəti kritik olanda məhkəməyə rəsmi müraciət etsəm də, İlham Əliyev son nəfəsində onun yanında olmağıma icazə vermədi. Sonra dəfndə iştirak üçün müraciət etdim, yenə icazə vermədilər. Daha sonra qırx mərasimində iştirakıma icazə vermədilər. Bu gün Bakı Apelyasiya Məhkəməsi onun tapşırığı ilə, heç olmasa anamın qəbrini ziyarət etmək üçün ölkədən çıxışıma icazə vermədi. Bunlar təkcə hüquq yox, həm də mənəviyyat cinayətkarlarıdır”.
Tofiq Yaqublu 2020-ci il martın 22-də xuliqanlıq ittihamıyla həbs olunub. İddia olunur ki, o, "8-ci kilometr bazarı”nın yanında avtomobil qəzası törədib, daha sonra digər avtomobilin sürücüsünü və onun həyat yoldaşını təhqir edib, onlara xəsarət yetirib.
Nizami Rayon Məhkəməsi 2020-ci il sentyabrın 3-də bu ittihamla Tofiq Yaqublunun 4 il 3 ay azadlıqdan məhrum edilməsi barədə hökm çıxarıb.
Sentyabrın 2-dən məhkəmə ədalətsizliyinə etiraz olaraq aclığa başladığını bəyan edən Tofiq Yaqublu bu aksiyanı 17 gün davam etdirib. Onun vəziyyəti pisləşdiyinə görə istintaq təcridxanasından klinikaya köçürülüb. Sentyabrın 18-də Bakı Apelyasiya Məhkəməsinin qərarıyla o, ev dustaqlığına buraxılıb. Bundan sonra Tofiq Yaqublu aclığı dayandırıb. İyulun 15-də Bakı Apelyasiya Məhkəməsi 4 il 3 aylıq həbs hökmünü şərti cəza ilə əvəzləyib.
Tofiq Yaqublu özünü təqsirli bilmir, kimsəyə xəsarət yetirmədiyini, sifarişlə həbs olunduğunu bildirir.
Xəbər lenti
-
00:16"Bir neçə nəfər də töküldü üstümə, məni yıxdılar, qolumu burdular, sürüdülər..." - VİLAYƏT EYVAZOVA MÜRACİƏT
-
23:58Yavər Camalovun oğlu xaricdə 8 milyon dollara mənzillər alıb
-
23:51Bakıda polkovnik-leytenant iş başında öldü
-
23:49MTN-in ən qeyrətli müstəntiqi danışdı - Zakir Qaralovla Rüstəm Usubovun tapşırığı əsasında həbs etmişik
-
13:58Bakıya yeni prokuror təyin edildi
-
13:56Prezident XTQ-nin hərbi hissəsində
-
13:52MTN pul bölgüsündə Baş Prokurorluğa “atıb”
-
00:35Hərbçilərə işgəncə verdiyi üçün axtarılan Polad Əzizov kimdir?
-
00:30“Əməliyyat müvəkkili məni axşama kimi fasilələrlə döydü”
-
00:27“Qazprombank”ın sabiq vitse-prezidenti və ailəsi ölü tapılıb
-
00:25Tərtər hadisələri zamanı öldürülən Elçin Quliyev bəraət aldı
-
00:22“Tərtər işi”: 7 nəfər həbs olunub, 280 şəxs zərərçəkmiş kimi tanınıb
-
00:19Arvadını öldürüb özünü asdı - Daha bir dəhşətli qətl
-
00:18''Biz Mövlam Şıxəliyevin ailə üzvlərinin də həbsini tələb etmişik...''
-
01:58Bayden Putini “qanlı diktator” və “quldur” adlandırdı
-
01:56FHN Hospitalının baş həkiminə hökm oxundu
-
12:42DTX düşmənlə məxfi əməkdaşlıq edən şəxsi ifşa etdi
-
17:34“Qanuni oğru” Namiq Səlifov Rufo Gənciniskinin adamını cəzalandırdı
-
13:45MTN-də 8 milyon dolları alınan iş adamı Neftçalada vaqonda yaşayır - gerçək hekayət
-
13:37Ukraynada daha bir Rusiya generalı məhv edildi
-
13:34Dünən Bakıda öldürülən dünya çempionunun son SƏS YAZISI - Yeni detallar
-
13:29Rusiya 10 gün sonra dayana bilər - Amerikalı generaldan proqnoz
-
13:24Dünya çempionu Zaur Yusifov marketdə güllələnibmiş...
-
13:21Zaur Yusifovun qətlinə görə “Emin 444”ün xalası oğlu tutuldu
-
01:26Məşhur prokuror Tariyel Qurbanov işdən çıxarıldı
-
01:23Canlı efirə “Müharibəyə yox!” plakatı ilə çıxan kanal əməkdaşı saxlanıldı
-
01:14İcra başçısının köməkçisi saxlanılıb
-
01:10Rusiyada: Canlı yayımda redaktor studiyaya girib müharibəyə qarşı çıxdı
-
01:07“Dedilər qızılları götürüb qaçıb. Hamı yığışmışdı lombardın qabağına...” - MAQSUD MAHMUDOVDAN QƏDİMİ QIZIL SAATI DA SORUŞDULAR
-
01:04“Emin 444”ü Zakir Həsənovun evinin qarşısında öldürən dünya çempionu qətlə yetirildi
-
23:49Bəxtiyar Hacıyev: “Polis idarəsində məni saatlarla dizlərimin üstündə saxladılar, təhqir etdilər”
-
23:45“Cahangir Əsgərov və xanımından 16 milyonumu tələb etdiyimə görə həbsdəyəm”
-
23:41Maqsud Mahmudov: “Uşaqlarımın şəklini yayıb, “vətən xaininin övladları” yazmışdı”
-
23:35Mariupol doğum evinə hava zərbəsi: 17 yaralı
-
23:32Tələt Əliyev axtarışa verildi
-
23:29Çernobıl AES-də işıq tamamilə kəsildi - “48 saat sonra sızma qaçılmaz olacaq”
-
23:28Rusiya Ukraynadakı əməliyyatlarda çağırışçıların olmasını etiraf etdi
-
15:54Rusiyanın 15 milyon dollarlıq “Pantsir” kompleksi və daha bir neçə texnikası qənimət götürüldü
-
15:51Ukrayna MN: "Rusiya qoşunları əsas səyləri Kiyevin mühasirəyə alınmasına yönəldib"
-
15:47“İcra Hakimiyyətinə bina tikməyə 3 milyon manat ayrılmışdı, 3 aya yoxa çıxdı...”
16 May 2022
15 May 2022
30 Aprel 2022
20 Aprel 2022
18 Mart 2022
16 Mart 2022
15 Mart 2022
09 Mart 2022
04 Mart 2022
Digər xəbərlər
-
Manşet, Məhkəmə
MTN-in ən qeyrətli müstəntiqi danışdı - Zakir Qaralovla Rüstəm Usubovun tapşırığı əsasında həbs etmişik
-
Manşet, Məhkəmə
MTN pul bölgüsündə Baş Prokurorluğa “atıb”
-
Manşet, Məhkəmə
''Biz Mövlam Şıxəliyevin ailə üzvlərinin də həbsini tələb etmişik...''
-
Məhkəmə
FHN Hospitalının baş həkiminə hökm oxundu
-
Manşet, Məhkəmə
“Dedilər qızılları götürüb qaçıb. Hamı yığışmışdı lombardın qabağına...” - MAQSUD MAHMUDOVDAN QƏDİMİ QIZIL SAATI DA SORUŞDULAR
-
Manşet, Məhkəmə
“Cahangir Əsgərov və xanımından 16 milyonumu tələb etdiyimə görə həbsdəyəm”
-
Manşet, Məhkəmə
Maqsud Mahmudov: “Uşaqlarımın şəklini yayıb, “vətən xaininin övladları” yazmışdı”
-
Manşet, Məhkəmə
“İcra Hakimiyyətinə bina tikməyə 3 milyon manat ayrılmışdı, 3 aya yoxa çıxdı...”
-
Manşet, Məhkəmə
MTN-də Prezident Adminstarsiyasının məsul işçisindən 10 milyon dollar rüşvət alınıb – işdə Ziyad Səmədzadənin adı hallanır!!!