Anar Kərimov: "Qarabağdakı xristian mədəni və dini abidələr bizə əcdadlarımızdan qalıb və onları qoruyuruq"

Anar Kərimov:
 "Azərbaycanın çoxmədəniyyətli millət kimi qeyd edilməsi şübhə doğurmamalıdır və Qarabağın xristian mədəni irsi hökumət tərəfindən qorunacaq". Azərtac xəbər agentliyi yazır ki, bu barədə Azərbaycan Respublikasının Mədəniyyət nazirinin birinci müavini, nazirin vəzifələrini müvəqqəti icra edən Anar Kərimov "France 24” televiziya kanalına eksklüziv müsahibəsində deyib.
Xəbərdə deyilir ki, nazir müavini "Azərbaycanın çox mədəniyyətli və çox dinlərin çoxluq təşkil etdiyi ölkə" olduğunu bildirib. "Ölkəmizdə bütün dinlərə hörmətlə yanaşılır. Bakıda erməni kilsəsi şəhərin mərkəzində yerləşir və hamıya açıqdır", Anar Kərimov deyib, Azərtac sitat verir.
"Bakıda kilsə və sinaqoqların fəaliyyət göstərdiyi bildirilərək Qarabağdakı xristian dini abidələrinin əcdadlarımızdan miras qaldığı vurğulanıb. Diqqətə çatdırılıb ki, Azərbaycan əcdadlarımızdan miras qalan xristian mədəni və dini irsini qoruyub və qoruyacaq. Həmçinin bildirilib ki, Ermənistan bölgədə bir çox müsəlman dini abidələrini dağıdıb", agentlik yazır. Anar Kərimovun "təhlükəsizlik və hava şəraiti imkan verən kimi UNESCO-nun bölgəyə səfərinin təmin olunacağı ilə bağlı xəbər verdiyi" bildirilir.

Xəbər lenti