Anar İsayevin Rusiyanı şoka salan fırıldaqları: həbsxanada oturub qadınları necə soyurdu... Anar İsayevin Rusiyanı şoka salan fırıldaqları: həbsxanada oturub qadınları necə soyurdu...

Anar İsayevin Rusiyanı şoka salan fırıldaqları: həbsxanada oturub qadınları necə soyurdu...
Загрузка...
Rusiyada azərbaycanlı dələduz və fırıldaqçının əməlləri özünə internetdə "ağ atlı şahzadə” axtaran bir neçə qadını banklar qarşısında yüz minlərlə dollar borclu vəziyyətə salıb. Onlardan bəziləri intihar etməkdən son anda daşınıblar. Virtualaz.org xəbər verir ki, çoxsaylı dələduzluq əməllərinə görə həbs edilmiş Anar Nəriman oğlu İsayevin həbsxanadan da bu əməllərini necə davam etdirdiyi barədə "Rossia Today” telekanalının reportajında ətraflı bəhs edilir. Reportaja əsasən həbsxanada cəza çəkən dustaq qadınları aldadaraq fırıldaq yoluyla milyonlarla kreditləri rəsmiləşdirməyə və pulları ona verməyə məcbur edib.
İlk baxışdan dələduzun sxemi sadə və aydın görünüb, heç bir çübhə yaratmayıb. Belə ki, internetdə tanış olduğu qadınlara özünü yüksək vəzifəli məmur kimi təqdim edib, onlarla ciddi münasibət qurmaq niyyətində olduğu haqda təsəvvürü yaradıb. Fırıldaqçının nağıllarına uyan qadınlar isə real həyatda üzünü görmədikləri bu adamdan ötrü banklara qaçaraq onun kartına milyonlarla rubl pul köçürüblər. Fırıldaqçı məhbusun qurbanlarının sayı dəqiq məlum olmasa da, artıq ona qarşı ittiham irəli sürülüb və məhkəmə önünə çıxarılıb. 

Anar İsayev üzünü israrla gizlədir...
Fırıldaqçının toruna düşənlərdən biri 35 yaşlı Viktoriyadır. Moskvanın mərkəzi xəstəxanasında həkim işləyən, Tibb Universitetinin müəllimi, elmlər namizədi Viktoriya sözügedən dələduzla internetdə - tanışlıq saytında "rastlaşıb”. Ailə qurmaq niyyətində olan Viktoriya özü də bilmədən dələduzun qurbanına çevrilib.
Ağ atlı şahzadə, yoxsa?
"Siz mənim çox xoşuma gəlirsiniz. Sizinlə ciddi münasibət qurmaq istəyirəm. Əgər siz də razı olsanız mən bu tanışlığa şad olardım. Ciddi münasibət üçün qeydiyyatdan da keçmişəm. Milliyyətcə yarı yunan, yarı yəhudiyəm. 1998-ci ildən Moskvada yaşayıram. Dini mənsubiyyətim yoxdur. Yalnız Allaha inanıram. Evli deyiləm, heç vaxt evlənməmişəm, uşaqları çox sevirəm. Hər yerdə yaxşı insanların olduğuna ümid edirəm. Buna görə də tanışlıq saytında münasibət qurmaq niyyətindəyəm. Özüm dövlət xidmətində işləyirəm. Tanışlıq saytında yazışmıram, yalnız vatsappla əlaqə saxlamaq istəyirəm. Əgər öz nömrənizi yazsanız sizinlə əlaqə saxlayaram və özüm barədə daha ətraflı məlumat verərəm. Sizə göndərdiyim mesaj nə şablon, nə də köçürmə mətn deyil.
Xidməti işimlə əlaqədar olaraq öz nömrəmi burada açıq yazmıram. İnanın ki, tanışlığımızdan məmnun qalcaqsınız. Bu mesaj yalnız sizə ünvanlanıb. Adım Yanisdir, nömrənizi yazmağı səbirsizliklə gözləyirəm” məzmunlu mesaj alan Viktoriya elə həmin gün də Yanisə zəng vurub. Xəttin o başındakı şəxsin danışıq üslubu, səsdəki əminlik şirin Viktoriyanın xoşuna gəlib. Söhbət əsnasında 36 yaşlı Yanis həyata baxışından, planlarından danışıb, hazırda dayısı və eyni zamanda şefi ilə birgə Soçidə inşaat layihəsiylə bağlı ezamiyyətdə olduğunu deyib. Viktoriyanın şəxsi həyatı, işləri, planları ilə maraqlanıb. Bütün günü telefonla danışıblar. Viktoriya özlüyündə əmin olub ki, illərdir gözlədiyi "ağ atlı şəhzadə” məhz bu adamdır. Amma hər şey göründüyü qədər sadə deyildi... 

"Sistemdə" ki şahzadə
"Başa düşürəm, inanılmaz görünür, amma sən sadəcə mənə inanmağa çalış. Heç zaman peşman olmazsan” məzmunlu sözlər getdikcə həkimin ağlını başından alıb. Yanis daim məmurlar, maliyyəçilər arasında gizli cəmiyyətdə - "Sistem”də çalışdığını, buradakı qızların hər şeyin mənasını pulda gördüklərini deyib. Ona görə də ailə qurmaq üçün sadə bir qızla nikaha girmək niyyətində olduğunu söyləyib. Yanisin dediyinə görə, dayısı onu gözündən kənara buraxmır, əgər "Sistem”dən kənara çıxarsa, kiminləsə görüşə gedərsə mühafizəçi dayısına məlumat verər və bu da Yanisə baha başa gələr.
"Sistem”ə daxil olmanın "qızıl qaydaları”
"Bizim "Sistem” daxilində hamını kartla müəyyən edirlər. Dayım sənin kartının nömrəsinə baxacaq, əmin olacaq ki, sən özgə deyilsən, yoxlanılmısan və sakitləşəcək” – Yanisin ilk fırıldağı məhz bu cür başlayıb. O, Viktoriyaya izah edib ki, adi bank kartlarıyla yanaşı hansısa xüsusi kartlar da mövcuddur, "sistemdəki” adamlar belə kartlarda milyardlar saxlayırlar. Viktoriyanı "özününkü” etmək üçün isə "sistemi” aldatmaq lazım olacaq; onun adına açılmış kartda Yanisin öz hesabındakı 72 milyard rubl olacaq. Amma bu "sistem”in nədən ibarət olduğunu Yanis Viktoriyaya izah etməyib.
"Bu bizim bank qarışıqlarımızdır, bank sistemini bilməyənlərin anlaması çətindir” deməklə kifayətlənib. Bildirib ki, qüdrətli "sistem” yeni üzvlərin maliyyə reputasiyasına – kredit tarixinə əsalanaraq qərar verir. Buna görə də Viktoriya qısa müddətdə, bazar ertəsindən gec olmayaraq beş bankda kredit sifariş verməlidir. Bankdan məbləğləri götürdükdən sonra guya Viktoriya "sistemin” etibarını qazanacaq və qiymətləndiriləcək, ona xüsusi kart veriləcək. Məhz bundan sonra onlar Yanislə görüşə biləcəklər. Pulları isə dərhal banka qaytarmaq mümkün olacaq, "sistem” Viktoriyanı faiz ödənişindən azad edəcək.
"Mənim dediklərimi et, hər şey yaxşı olacaq", — Yanis həkimi bu cür ələ almağa çalışıb.
Bir həftə ərzində on bank
Viktoriya və Yanis bazar günü yenidən əlaqə saxlayıblar. Onun dedikləri ilə razılaşan Viktoriya bu il avqustun 26-da bankdan kreditləri götürməyə yollanıb. Bankların siyahısını Yanis özü təşkil edib, ən yaxın bölmələri seçib, bütün günü onunla əlaqə saxlayıb. Viktoriya gün ərzində getdiyi banklarla bağlı ona mesajlar göndərib. Rusiya Dövlət bankından 1 milyon 170 min rubl, digər banklardan isə 5 milyon rubl kredit götürüb. 

"Vəziyyət pisdir, "sistem” səni qəbul etmir”
İndi isə "sistemi" sakitləşdirməkdən ötrü Viktoriyanın kartlarının aktivləşdirilməsi üçün ora pul qoymaq lazımdır. Əvvəlcə 3 milyon rubl. "Sənin kartın mənim kartıma bağlanıb, hələ ki aktivləşdirilməyib, mən öz pulumdan belə bir qəpik götürə bilmirəm” – deyən Yanis aradan çıxıb. "Sən məni tanımırsan, biz hələ real həyatda görüşməmişik. Sən arxayın olasan deyə, istəyirsənsə öz katibəmi göndərim. O, qəbz yazacaq ki, guya öz avtomobilini girov qoyub səndən borc pul götürür”- Yanis növbəti dəfə bu varianta əl atıb. Amma nə katibəni göndərib, nə də borc müqaviləsi imzalanıb. Yanis deyib ki, guya katibənin uşağı xəstələnib və ona görə də Viktoriyanın yanına gələ bilməyib. Viktoriyanı inandırmaq üçün "katibə-Olya” ilə bağlı WatsApp məlumatlarını skrin edib ona göndərib.
Hətta Olyaya məxsus avtomobilin şəhadətnaməsinin fotoşəklini də göndərməyi unutmayıb. Getdikcə Yanislə Viktoriya arasında anlaşılmazlıq yaranıb. Yanis qadını inandırmağa çalışıb ki, guya nəsə düzgün edilməyib, ona görə də öz hesabına girə bilmir. Və bunda da Viktoriyanı günahlandırıb. Tədricən Yanisin xeyirxah, yumşaq, nəvazişli səs tonu dəyiməyə başlayıb. Viktoriyanın ağlına da gəlməyib ki, hansısa bayağı dələduza inanıb, onunla iş görüb. Çünki Yanisi çox nüfuzlu şəxs olduğunu zənn edib. Kartın blokdan çıxarılması ilə bağlı bir həftə ərzində davam edən oyun Viktoriyaya 15 milyon rubla başa gəlib. O, həmin məbləği kredit götürərək Yanisə ötürüb. Get-gedə Yanisdən qorxmağa başlayan Viktoriya qısa zamanda kartı alıb öz pullarını geri qaytarmaq və bu adamla birdəfəlik əlaqəni kəsmək qərarına gəlib. 

  Azərbaycanlı dələduzun toruna düşən həkim Viktoriya
Bütün bunlara baxmayaraq "sistem" ondan sübutlar, təsdiqlər, karta növbəti pul yatırmaq tələb edirdi. Viktoriya artıq qorxunc bir tələyə düşdüyünü anlayıb. Dərk edib ki, hansısa sirli majorla onun nüfuzlu dayısı onu cəncələ salıblar. Bloklanmış milyardların kimə məxsus olması məlum deyil. Ən əsası isə "sistem", görünür ki, artıq heç vaxt onun 15 milyon rubl kreditini geri qaytarmayacaq.
Çıxış yolu – intihar
Moskva ətrafında valideynləri, qardaşıyla eyni evdə yaşayan Viktoriya banklardakı kreditlərə görə evlərinin əllərindən alınacağından və ailə üzvlərinin küçəyə atılacaqlarından qorxurdu. Düşünürdü ki, yalnız bir halda – intihar edəcəyi təqdirdə borc silinə bilər. 

İntihar öncəsi valideynlərinə məktub yazan Viktoriya ailə üzvlərini qorumaq üçün bu addımı atacağını bildirib. Məktubu yazdıqdan sonra bir qədər rahatlaşıb. Birdən yadına düşüb ki, Yanis ona hansısa 500 min rubl da daxil etməyi tapşırıb. Gecə saat 2 radələrində tanışlarına zəng vuran Viktoriya onlardan borc pul istəyib. Amma kimsə ona pul verməyib. Bu dəfə Viktoriya tanış vəkilə zəng vurub, yarım milyon rubl lazım olduğunu deyib və başına gələnləri danışıb.Viktoriyanın danışdılarına diqqətlə qulaq asan vəkil ona adi dələduzun toruna düşdüyünü deyib. Həkim şoka düşüb, sarsılıb, növbəti gün Viktoriya polisə şikayət əzizəsi yazıb. Bundan sonra əməliyyat tədbirlərinin həyata keçirilməsi üçün Yanislə əlaqə saxlamaq lazım olub. Yanis Viktoriyaya deyib ki, birisigün daha 4 milyon rubl daxil etmək lazımdır. Əgər alınmazsa onda 9 milyon lazım olacaq. Dərhal kart blokdan çıxarılacaq. "Kimdən istəyirsən borc al, mən həmin adama ikiqatını ödəyəcəyəm”- Yanis qadını yenə də inandırmağa çalışıb.
"Deyirdi onlar səni, ananı zorlayacaqlar...”
Viktoriya bu dəfə guya pul axtarırımış kimi görüntü yaradıb. Yanis artıq Viktoriyadan böyük məbləğdə pul qopara bilməyəcəyini görəndə bu dəfə "əməliyyatların aktivləşdirilməsi" üçün kiçik məbləğ - 35 min rubl istəyib. Amma qadının pul vermək iqtidarında olmadığını dərk edincə onu intihara sürükləyib. "Mənə deyirdi ki, dayısı evimizə hansısa quldurları yollayıb. Onlar atamı, qardaşımı öldürəcəklər, məni və ana zorlayacaqlar. Deyirdi ki, bütün bunları görməkdənsə sənin tez bir zamanda gəbərməyin yaxşıdır”- Viktoriya açıqlamasında belə deyib. İstintaq zamanı məlum olub ki, Yanisin toruna düşən təkcə Viktoriya olmayıb. Ondan başqa daha iki qadın – 27 yaşlı Mila və 29 yaşlı Elvira da Yanisin qurbanına çevrilib.
Həkim işləyən Mila 3 milyon, dövlət qulluqçusu Elvira isə 1 milyon rubl kredit götürərək "nüfuzlu dayısı” olan "zəngin subay kişi” yə veriblər. Zərərçəkmiş həmin qadınlar da polisə ərizə ilə müraciət ediblər. İlk günlər Viktoriyanın ərizəsi ilə heç kim məşğul olmayıb. Ona təsadüfi kömək edilib. Vəkilin təkidi ilə Viktoriya psixoloji tədqiqata yönləndirilib. Ona psixoloji yardım göstərilib. Psixoloq Tatyana Xruşova deyir ki, dələduzu onun "aytişnik” dostu ifşa edə bilib. Çox keçməyib ki, əməliyyatçılar dələduzlun izinə düşüblər. Məlum olub ki, daha bir qurban 27 yaşlı tibb bacısı Alla da Yanisə 1 milyon 120 min rubl göndərib. O, özünü Allaya Volf kimi təqdim edib. İstintaq zamanı nəhayət, "katibə-Olya”nın da kimliyi məlum olub. 30 yaşlı ingilis dili müəlliməsi Olya ilə dələduz bir az fərqli oyun oynayıb. Olyanın azyaşlı övladı ilə tək yaşadığını öyrəndikdən sonra ona yardım etmək niyyətində olduğunu deyib. 

Qurbanlardan daha biri-tibb bacısı Alla
"Dedi ki, imkanlı şəxsəm, istəyirəm sənə yardım edim, mən də imtina etmədim. "Sistem" də kart lazım idi ki, onun milyardlarla hesabındakı puldan istifadə edə bilim. Mən də öz pasport məlumatlarımə yolladım” – Olya belə deyib. Yanis kartın aktivləşdirilməsi üçün Olyadan 600 min rubl kredit götürmək lazım olduğunu deyib. Amma digır zərərçəkmişlərdən fərqli olaraq Olya bankdan kredit götürə bilməyib. O, dələduza saxlanc pulların hamısını – 394 min rublu göndərib. Yanis ona köməklik edəcəyinə söz verib. Deyib ki, dostumun arvadı həkimdir, sənə 3 milyon rubl verəcək. Onu isə öz katibəsi kimi təqdim edəcəyini bildirib. Olya deyib ki, Viktoriyanın yanına qəbzi aparmağa gedərkən Yanis ona getməyə ehtiyac olmadığını, qadının göndərilən fotoya inandığını bildirib. Nə Olya, nə də Alla özləri polisə müraciət etməyiblər. Hesab ediblər ki, polisə müraciət olunsa da heç bir nəticəsi olmayacaq.

Repetitor Olya da İsayevin toruna düşüb...
Məşhur alfons Azərbaycan vətəndaşı Anar Nəriman oğludur...
Bir neçə il əvvəl Moskva ətrafı Noginskdə kirayə yaşadığı mənzildə saxlanılan, hazırda həbsxanada oturan həmin dələduz-alfons isə Yunanıstandan filandan deyil, Azərbaycan vətəndaşı, 36 yaşlı İsayev Anar Nəriman oğludur.
2007-ci ildə soyğunçuluğa görə həbsə düşən Anar şərti cəza ilə canını qurtara bilib. 2009-cu ildə isə qadınlara qarşı çoxsaylı dələduzluq etdiyinə görə 4 il cəza alıb. 2015-ci ildə isə növbəti dəfə 6 il həbsə məhkum edilib. Lakin həbsxanada tanışlıq saytlarında oturub qurban axtarışına çıxan Anar qadınlara özünü Daniel, top-menecerin oğlu kimi təqdim edib, oxşar üsullarla onları aldadıb. Səkkiz qadını toruna salaraq onlardan 10 milyon rubl qopara bilib. Sonra isə "Daniel” yunan əsilli "Yanis”ə çevrilərək əməllərini davam etdirib. Viktoriya sonuncu pul köçürməsini 2 sentyabr 2019-cu ildə edib. Həmin vaxt Anar həbsxanada olub. Yalnız sentybrın 24-də həbsdən çıxıb və oktyabrın 4-də yenidən həbs edilib. Hazırda istintaq təcridxanasında saxlanılır. O, ittihamları qəbul etmir və həbsdə olduğunu, cəzaçəkmə müəssisəsində mobil telefondan istifadənin qadağan olunduğunu iddia edir. "Belə çıxır ki, dələduzların həbsxanada cinayət törətməsi daha təhlükəsizdir, nəinki azadlıqda. Bu cür fırıldaqçılar cəzaçəkmə müəssisələrinin əməkdaşlarının xəyalıdır. Həftədə 15 milyon rubl gətirirsə, ona şərait yaradılır və deyilir ki, otur, qazan. Rəhbərliyin xəbəri olmadan saatlarla telefonla danışmaq mümkün deyil”- vəkli F.Boqatırov bildirib.
Bədbəxt Viktoriyanın isə bəxti az da olsa gətirib: əgər hər şey bir il tez baş versəydi İsayev çətin ki, indi müttəhimlər kürsüsündə oturardı. "Əgər məhbus həbsxanada cinayət törədirsə iş avtomatik olaraq araşdırılır. Yox, zərərçəkən həbsxanadan kənardadırsa o zaman həsbxanadan kənarda istintaq tədbirlərinin aparılması praktiki olaraq real deyil. Hətta müstəntiq axtarış barədə qətnamə yazsa da polisləri "zonaya” buraxmayacaqlar. Hansı kalon rəisi özünə problem yaratmaq istəyər?”,-vəkil deyir. Ona görə də belə çıxır ki, dələduzların "zonada” cinayət törətməsi daha təhlükəsizdir. Nəinki azadlıqda. Boqatıryevin fikrincə, korrupsiyalaşmış həbsxana işçiləri üçün Anar kimi "juliklər” göydəndüşmədir. 

...Viktoriya isə həkim kimi iki ayrı xəstəxanada işləyir, iki iş yerindən aylıq qazancı 100 min rubldur. O, həmin maaşla 15 milyon rubl krediti necə ödəyəcək, Allah bilir. Bu situasiyada bankların da günahı var, onlar Viktoriyaya bir-birinin ardınca kreditləri araşdırmadan necə veriblər? Bəyəm onun iki dövlət bankına borclu olduğunu qalan banklar görmürdülər? Görürdülər, amma kredit menecerlərinin də öz planı var-onlar ağına-bozuna baxmadan borc verirlər ki, öz faizlərini alsınlar. Azərbaycanlı fırıldaqçının aldatdığı qalan qızlar da krediti bir neçə bankdan götürüblər. Həkim Mila indi valideyinlərinin də köməyi ilə ayda 84 min rubl kredit ödəyir-hələ beş il də ödəməlidir. Tibb bacısı Alla cəmi 60 min rubl maaş alır, onun 23 min rublunu Anarın toruna düşdüyü üçün banklara ödəyir. Qalan pulla isə mənzil kirayəsini ödəməli, uşağını saxlamalıdır. Elvira da milyonlarla rubl borcunu ödəməklə məşğuldur. İsayev isə özünə bütöv vəkillər komandası tutub-hansı pulla, təxmin etmək çətin deyil. Onu həbs cəzasına məhkum etsələr də narahat olmağa dəyməz, İsayevin həbsxanada yaxşı yaşamağa pulu var. "Yanis”lə videozəng vasitəsilə danışan qızlar xatırlayır ki, o, jurnal masası arxasında oturmuşdu, başının üstündə divardan rəsm əsəri asılmışdı. Sirr deyil ki, pul varsa həbsxanalarda istənilən şəraiti yaratmaq olar... "Yanisin" qurbanları isə belə görünür ki, çoxdur. O, sosial şəbəkələrdə özünü həm də "Daniel", "Volf", "İmin" və digər adlarla təqdim edib. Ona görə də qurbanlara istintaqla əlaqə saxlamaq tövsiyə olunur.
Загрузка...
Загрузка...

Xəbər lenti

Digər xəbərlər