"İnanıram ki, Anar Bağırov cəsarət tapıb bunu edəcək..."

Загрузка...
Azərbaycanın görkəmli vəkillərindən biri olan Adil İsmayılovun vəkillik fəaliyyəti bir illik dayandırılıb. Bununla bağlı qərar Vəkillər Kollegiyasının Rəyasət Heyətinin dünən keçirilən toplantısında verilib. Vəkillik fəaliyyətinin dayandırılmasına Adil İsmayılov ilkin münasibətini qısaca bildirib:
"Bilmirsən güləsən yoxsa... Dünən bir tanışım zəng edib deyir ki, müəllim, bütün yaxşı vəkilləri çərlədib öldürdülər, sən nə əcəb sağ qalmısan... Narahatçılığa heç bir əsas yoxdur. Vəkillər Kollegiyasında baş verənlərlə bağlı sədr Anar Bağırovun rəsmi açıqlamasını gözləyirəm, inanıram ki, cəsarət tapıb bunu edəcək. Ondan sonra mən də məsələyə münasibət bildirəcəm". 
Xatırladaq ki, məşhur vəkilin fəaliyyətinin dayandırılmasına səbəb kimi isə kollegiyanın üzvü Sahil Quliyevin şikayəti olub. Məlumatda bildirilir ki, kollegiya rəhbərliyinə yaxın olan Sahil Babayev ərizəsində Adil İsmayılovun guya onu təhqir etdiyini göstərib. Ancaq Adil İsmayılov bu ittihamla razılaşmadığını, ona böhtan atıldığını desə də buna məhəl qoyulmayıb.
Загрузка...
Загрузка...

Xəbər lenti