Anar Bağırov təklif verdi, tanınmış vəkillər ona qarşı çıxdı

Anar Bağırov təklif verdi, tanınmış vəkillər ona qarşı çıxdı
Загрузка...
Azərbaycanın Vəkillər Kollegiyasının sədri Anar Bağırov özünün sosial şəbəkə hesabında vəkillərin etik davranış qaydaları haqqında fikirlərini yazıb. Criminal.az bildirir ki, kollegiya sədri qeydlərində ölkədə vəkillərin cəzalandırılması üçün Vəkillərin Etik Davranışı haqqında əsasnaməyə dəyişiklik təşəbbüsü ilə çıxış edir. Həmin qeydləri təqdim edirik:
"Vəkillərin Etik Davranışı haqqında əsasnamə tezliklə təkmilləşdirilməli, Avropa standartlarına uyğunlaşmalıdır. Gürcüstanda vəkilliyin 100 illiyinə həsr olunmuş konfransda vəkillərin sosial şəbəkələrdə və KİV-də davranışının etik məsələləri geniş müzakirə olundu. Bu sahə üzrə ixtisaslaşmış tanınmış avropalı ekspert-vəkillər öz çıxışlarında bir çox praktik məsələlər üzrə Avropa təcrübəsindən misallar gətirdilər:
1. Vəkil heç kəs barədə təhqir harakterli ifadə işlətməməli, əks halda bu intizam icraatının başlanması və vəkilin cəzalandırılması üçün ciddi əsasdır;
2. Vəkil bütün hallarda vəzifəli şəxsləri, o cümlədən, hakimləri, digər şəxsləri korrupsiyda və başqa qanunsuz əməllərdə publik qaydada ittiham etməməlidir, həmin şəxslərin təqsirsizlik prezumpsiyasını pozmamalıdır, əks halda dərhal intizam icraatı başlanmalıdır;
3. Vəkil öz icraatında olan və digər vəkillərin apardıqları işlər üzrə publik şərh verməməli, həmkarlarını qeyri-peşəkarlıqda ittiham etməməli, vəkillik sirrini yaymamalıdır;
4. Vəkil çıxıdğı iş üzrə müsahibə verməkdən çəkinməlidir, "demək istədiyimi məhkəmə zalında demişəm” kimi standart cavablar verməyi arzuolunandır və sair.
Gəldiyim nəticə: bu sahədə ölkəmizdə vəziyyət tam bərbaddır, bəzi vəkilllər publik çıxışlarında başqa şəxsləri təhqir, həmçinin əsassız qanunsuzluqda ittiham edirlər, ifadə azadlığından sui-istifadə edirlər. Təcili olaraq, bir çox inkişaf etmiş ölkələrdə olduğu kimi, vəkillərin sosial şəbəkələrdə və KİV-də davranışı üzrə etik davranış qaydalarına əlavələr edilməlidir, artıq avropalı ekspertlər hərtərəfli yardım göstərməyə hazır olduqlarını da təsdiq etdilər. Vəkillərin Etik Davranış Qaydaları haqqında əsasnamə tezliklə təkmilləşdirilməli, Avropa standartlarına uyğunlaşmalıdır”.
Sonda onu da qeyd edək ki, Azərbaycanın məşhur vəkilləri Adil İsmayılov və Elçin Sadıqov bu təklifi tənqid edib. E.Sadıqov sosial şəbəkədə bildirib ki, Avropa Məhkəməsi dəfələrlə vəkillərin ifadə azadlıqlarının daha geniş olmalı olduğunu vurğulayıb: "Birmənalı fikir odur ki, vəkillərin ifadə azadlığına müdaxilə müdafiənin zəifləməsinə, vəkillərin insanların hüquqlarını vicdanlı müdafiədən çəkindirməyə səbəb ola bilər. Ona görə də vicdanlı vəkilıərini hamısı bu dəyişikliyə etiraz etməlidir. Mən belə bir dəyişikliyə etiraz edirəm, bu ölkədə müdafiə institutunun boğulmasına yönəlmiş addımdır".
Загрузка...
Загрузка...

Xəbər lenti