"Anar Bağırov dedi ki, onlar səviyyəsiz adamlardı..."

Загрузка...
"Görürəm iki gündür hamı sədrə minnətdarlıq edir, tərifləyir, xoş sözlər deyir. Fikirləşdim ki, mən niyə deməyim, həm borcumdan çıxaram, həm də onun könlü xoş olar".
Tanınmış vəkil Adil İsmayılov bir sıra həmkarının Azərbaycan Vəkilliyinin 100 illiyi (1919-2019) Yubiley Döş Nişanı ilə təltif olunmasına münasibət bildirib: "Vəkillər Kollegiyasının sədri Anar Bağırova bir neçə məsələyə görə minnətdaram, hamısını özü bilir. Amma ikisini indi deyəcəm hamı bilsin. Birinci, Anar müəllimə ona görə minnətdaram ki, mənə yubiley medalı vermədi. Medal təzə-təzə paylananda müəllimlə görüşümüz oldu. Dedi ki, məsləhətdirsə sizə də medal verim. Cavab verdim ki, çox sağolun istəmirəm. Belə cavabımı gözləyirdi, dedi yəqin bəzi medal alanlarla adınızın bir siyahıda olmasını istəməzsiniz. Cavab verdim ki, yox, vəkilliyin indiki durumunda heç bir mükafata özümü layiq bilmirəm. Sağolsun sözümü yerə salmadı, məsləhətimə qulaq asdı. Mən də borclu qalmadım, onun müdrik məsləhətinə qulaq asdım.
Görüşlərimizin birində dedim ki, Anar müəllim bu gözəgirən zəhmətkeş vəkillərə deyin ki, məndən uzaq dursunlar, görürsünüz ki, heç kimlə işim yoxdur. Sədr dedi ki, səviyyəsiz adamlardı, onların səviyyəsinə enməyin, onlar sizə söz atmaqla özlərini reklam etmək istəyirlər. Gördüm ki, adam haqlıdır. Odur-budur belələrinə cavab vermirəm. Sonda "Vəkil günü” peşə bayramının təsis edilməsi və bu bayram münasibəti ilə, Dünya azərbaycanlılarının həmrəylik günü münasibətilə hörmətli sədri və onun simasında bütün vəkilləri təbrik edirəm...". 

Xəbər lenti