ANAMA: "Suqovuşana gedən yolun minalardan təmizlənməsi 3-4 günə bitməlidir" ANAMA:

ANAMA:
Tərtər rayonunun Suqovuşan kəndinə gedən 10 kilometrlik yolun 8 kilometri artıq minalardan təmizlənib, Azərbaycan Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyinin (ANAMA) operativ qərargahının rəisi İdris İsmayılov deyib.
Növbəti 3-4 gün ərzində isə yolun qalan hissəsi təmizlənərək təhvil veriləcək, İdris İsmayılov qeyd edib, Azərtac xəbər verir. Suqovuşan yolunda bu günədək 169 mina və partlamamış hərbi sursat aşkar olunaraq zərərsizləşdirilib, ANAMA açıqlayıb. İdris İsmayılov deyib ki, təmizlənməmiş ərazilərdə əməliyyat-axtarış tədbirləri hazırda davam etdirilir.
O bildirib ki, yaşayış məntəqələrinin təmizlənməsi 3-5, ərazilərin tamamilə təmizlənməsi isə 10 il müddətinə nəzərdə tutulur. ANAMA rəsmisi vurğulayıb ki, qeyd edilən 10 il müddət dedikdə mina problemindən tamamilə azad olmaq, ucqar dağlıq ərazilərin, əkin, otlaq sahələrinin təmizlənməsi nəzərdə tutulur. Onun sözlərinə görə, insanların öz evlərinə daha tez müddətdə həyata keçiriləcək. 



Xəbər lenti