Ana və qızının öldüyü qəzanın baş verdiyi an Ana və qızının öldüyü qəzanın baş verdiyi an

Ana və qızının öldüyü qəzanın baş verdiyi an
Загрузка...
Martın 3-də Ucar rayonu ərazisində ağır yol qəzası baş verib. "Qafqazinfo” ana və qızının ölümü ilə nəticələnən qəza anının görüntülərini əldə edib. Videodan da görünür ki, yolu keçməyə çalışan piyadalar - 1988-ci il təvəllüdlü Turbənd İsgəndərova və qızı 2014-cü il təvəllüdlü Ayşən İsgəndərli sürücü Rəşad Cavadov tərəfindən vurulublar və hadisə yerində keçiniblər.
Bakı-Qazax avtomobil yolunda baş verən qəzaya görə "Hyundai Accent”in sürücüsü Cinayət Məcəlləsinin 263.3-cü (yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma ehtiyatsızlıqdan iki və daha çox şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə ittiham edilərək barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib. Hazırda iş üzrə zəruri istintaq tədbirləri davam etdirilir.
Əsəbləri zəif olanların və yetkinlik yaşına çatmayanların videoya baxmamağı tövsiyə olunur.
Загрузка...
Загрузка...

Xəbər lenti