Amnesty İnternational: Mehman Hüseynov dərhal və şərtsiz azad edilməlidir

Amnesty İnternational: Mehman Hüseynov dərhal və şərtsiz azad edilməlidir
Загрузка...

''Günlərdir ac qalan blogerin səhhəti təhlükə altındadır''

Amnesty İnternational beynəlxalq hüquq-müdafiə təşkilatı hökuməti bloger Mehman Hüseynovu "dərhal və şərtsiz" azad etməyə çağırıb.

Təşkilat bu barədə bəyanat da yayıb. Həmin bəyanatda qeyd olunur ki, Mehman Hüseynov yeni cinayət işi üzrə daha 7 il həbs cəzasına məhkum edilə bilər. Təşkilat bunu doğru hesab etmir.

Amnesty İnternational Mehman Hüseynovun aclıq etməsilə əlaqədar səhhətinin ciddi təhlükə altında olmasından da narahatlığını bildirib.

Bloger koloniyada nəzarətçini döyməsilə bağlı uydurma ittihama etiraz olaraq 15 gündür ki, aclıq edir.

Hazırda məhbus həyatı yaşayan və azadlığına iki ay qalmış bloger Mehman Hüseynova qarşı yeni cinayət işi açılıb.

Penitensiar Xidmətin mətbuat xidmətinin yaydığı məlumata əsasən, dekabrın 26-da 14 saylı Cəzaçəkmə Müəssisəsində insident yaşanıb.

Məlumata görə, bloger müəssisənin Rejim-nəzarət şöbəsinin böyük inspektoru, ədliyyə leytenantı Əli Ələddin oğlu Abdalovun qanuni tələblərinə tabe olmayaraq, ona qarşı zor tətbiq edib, fiziki müqavimət göstərərək sonuncuya bədən xəsarəti yetirib. Xidməti otaqda olan əşyaları dağıdaraq sındırıb.

Məlumatda bildirilir ki, Mehman Hüseynovun üzərində axtarış aparılan zaman saxlanılması qadağan olan 461 manat məbləğində pul aşkar edilərək götürülüb.

Faktla bağlı Cinayət Məcəlləsinin 317.2-ci maddəsi (Cəzaçəkmə müəssisəsinin və ya istintaq təcridxanasının əməkdaşına qarşı həyat və sağlamlığı üçün təhlükəli olmayan zor tətbiq etmə) ilə cinayət işi başlandığı bildirilir. Bu maddə 5 ildən 7 ilədək azadlıqdan məhrumetmə cəzasını nəzərdə tutur.

Загрузка...
Загрузка...

Xəbər lenti