Qardaşların məclisi şərəfə sağlıqla başlayıb qətllə bitdi

Qardaşların məclisi şərəfə sağlıqla başlayıb qətllə bitdi
Загрузка...

Masallı rayonunda törədilən qardaş qətlinin təfərrüatları məlum olub. Criminal.az xəbər verir ki, Köhnə Alvadı kəndində faciənin baş verdiyi Qasımovlar ailəsində düşən faciədən əvvəl içki məclisi olub. 

Rəfael Ramil qardaşları birlikdə şam ediblər, spirtli içki qəbul ediblər. Hətta qardaşlar bir-birinin şərəfinə sağlıq da deyiblər. Sonra isə sözləri düz gəlməyib, mübahisə ediblər. Kiçik qardaş Rəfaeli söyüb. 

Təxminən gecə saat 24 radələrində 35 yaşlı Rəfael Qasımovla özündən 4 yaş kiçik qardaşı Ramili bıçaqla vurub. Qarnından ağır xəsarət alan Ramil xəstəxanaya çatdırılanadək keçinib.  Qardaşların hər ikisi rayon ərazisində ustalıq etməklə çörək pulu qazanırdılar. 

 Faktla bağlı Masallaı rayon Prokurorluğunda Cinayət Məcəlləsinin qəsdən adam öldürmə (120.1-ci) maddəsi ilə cinayət işi başlanıb.

Criminal.az

Загрузка...
Загрузка...

Xəbər lenti